İmam Hüseynin(ə) kor saydığı gözlər
Mьəllif: admin1
Tarix: 13-10-2019, 16:03
İmam Hüseynin(ə) kor saydığı gözlər
İmam Hüseyn (ə) "Allahı görməyən gözlər kor olsun" deyə nifrin etmir, Allahı görməyən gözlərin indi də kor olduğunu bildirir.

İmam Hüseyn (ə) Ərəfə duasının əvvəllərində Allahdan ehsan və yaxşılıq diləyir və deyir:

"اللهم اجعلنی اخشاک کأنّی اراک"

"Ey Allahım, elə et ki, elə bil ki, səni görüb, səndən qorxum".

Duaın davamında daha ali məzmunlu sözlər söyləyir:

"إلهي تردُّدي في الآثار يوجب بعد المزار فاجمعني عليك بخدمة توصلني إليك. كيف يُستدلُّ عليك بما هو في وجوده مفتقرٌ إليك؟ أيكون لغيرك من الظُّهور ما ليس لك حتي يكون هو المظهر لك؟ متي غبت حتي تحتاج إلي دليل يدلّ عليك ومتي بَعُدتَ حتي تكون الآثار هي الّتي توصل إليك؟ عميت عين لاتراك عليها رقيباً وخسرت صفقة عبدٍ لم تجعل له من حبّك نصيباً"

"İlahi nişanələrindəki müxtəliflik barədə düşünmək məni Sənin vüsalına qovuşmaqdan uzaqlaşdırır (vüsalını mənə çətinləşdirir). Belə isə, məni Sənə yaxınlaşdıracaq vasitələri ixtiyarımda qoy ki, vüsalına yetim! Varlığında Sənə möhtac olanların vasitəsilə Sənin varlığına necə dəlil gətirim? Sənin Özündən başqa, aşkar varlıq varmı ki, onun vasitəsi ilə Sənin varlığının təcəlli etməsi mümkün olsun?"

Burada artıq söhbət "elə bil ki"dən getmir, həqiqətən Allahı bəsirət gözü ilə görməkdən gedir.

Buna görə də duanın davamında deyir:

"عمیت عین لا تراک علیها رقیبا "

"(İlahi,) Sən nə zaman gizli idin ki, Sənin varlığın üçün dəlilə ehtiyac duyulsun?! Sən nə zaman uzaq idin ki, nişanə və məxluqat bizi Sənə yaxınlaşdırsın?! Sən daim qoruduğun halda, Səni görməyən göz kor olsun!"

İmam Hüseyn (ə) "Allahı görməyən gözlər kor olsun" deyə nifrin etmir, Allahı görməyən gözlərin indi də kor olduğunu bildirir.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031