Hər bir bədən üzvünün zəkatı var
İmam Sadiq (ə) buyurur: “Hər bir üzvün zəkatı vardır.
Gözün zəkatı - ibrətlə baxmaq və günaha göz yummaqdır. Qulağın zəkatı - eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır. Dilin zəkatı - müsəlmanlara nəsihət etmək və qafilləri ayıltmaq və Allahı təsbih etməkdir. Əlin zəkatı - elm yazmaq və mal bəxşiş etməkdir. Ayağın zəkatı - cihad yolunda səy etmək, təhsil, insanların arasını islah etmək, yaxşıları ziyarət etməkdir. Elmin zəkatı - onu nəşr etməkdir. Qüdrətin zəkatı - insafdır. Gözəlliyin zəkatı - iffətdir. Qələbənin zəkatı - ehsandır. Şücaətin zəkatı - cihaddır. Sağlamlığın zəkatı - Allahın əmr etdiklərinə və qadağan etdiklərinə itaət etməkdir. Hökumətin zəkatı - yoxsullara kömək çatdırmaqdır. Ağlın zəkatı - ağılsızlara dözmək və səbir etməkdir.” Oxşar xəbərlər
|