Qurandakı tövbə və əfvin Kərbəladakı bariz nümunəsi
Mьəllif: admin1
Tarix: 21-08-2017, 11:49
Qurandakı tövbə və əfvin Kərbəladakı bariz nümunəsi
Tövbə elə bir haldır ki, insan qəlbində peşman olar və ondan sonra dilində istiğfar edər və özünü islah edəcəyinə görə əzm göstərər.
Allah Quranda buyurur: “De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (Zumər” 53).
Quranın və hədislərin buyurduğuna görə Allah təvvab (tövbə edən) bəndəsinə salam verər: “Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə!”. (“Ənam” 54). “Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir”. (“Bəqərə” 222).
Əgər Hürrün tövbəsi və İmam Hüseynin (ə) bağışlaması olmasaydı, bu ayə və hədisləri başa düşmək bizim üçün çətin olardı. Ancaq Hürr Kərbəlada bütün günahkarlara öyrətdi ki, əgər insan iradə edərsə və qayıtmaq istəyərsə, yol həmişə açıqdır.
Allah buyurur: “Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm”. (“Bəqərə” 160).
Allah o qədər mehriban və rəhimdir ki, insanın bütün günahlarını və qara əməl dəftərini məhv edər və yerində yeni bir səhifə açar və ürəyində olan pislikləri yaxşılıqlara çevirər. “(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır”. (“Furqan” 70).
İmam Hüseynin (ə) Hürrə nisbətdə bu gözəl əməlini biz də həyatımızda yürüdək və ona əməl edək. Necə ki, Peyğəmbər (s) buyurur:“Hər kim (inqitam almaq) qüdrətinə malik olaraq güzəşt edərsə, Allah büdrədiyi gün onu bağışlayar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əfv və güzəşt - izzət və abıra səbəb olar. Çünki əfv etmək insanın izzətini artırar”.
Rəsuli-Əkrəm (ə) yenə buyurur: “O zaman ki, bəndələr Məhşər səhrasına cəm olarlar, carçı nida çəkər: “O kəsin ki, muzdu Allahladır, ayağa qalxsın və behiştə getsin”. Soruşurlar ki, kimin muzdu Allahladır? Buyurar: “İnsanları bağışlayanların””.
İmam Əli (ə) buyurur: “(Pisliyə və yaxşılığa) yaxşılıqla mükafat ver və pisliyi bağışla. Bir şərtlə ki, dinə ziyan dəyməsin və ya İslamın qüdrətini zəiflətməsin”.
Ona görə də Allah Rəhimlərin Rəhimlisidir və tövbə edənlərin tövbəsini qəbul edər, baxmayaraq ki, günahları çox olsa belə. Kaş biz də Hürr kimi günahlarımızı görüb, İmam (ə) qarşısında diz çökər və mübarək ətəyindən yapışıb əfv diləyərdik. Bəli, Hürr 100-illik yolu bir gecədə qət etdi və hamıya öyrətdi ki, Allahın rəhmət qapıları bəndələrin üzünə həmişə açıqdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930