Xərçəng hüceyrələrinin "düşməni"
Barselona Universiteti alimlərinin tədqiqatları göstərmişdir ki, hər gün zeytun yağı qəbul edərək döş xərçənginin inkişafının qarşısını alır, DNT-ni zədələnməkdən qoruyur.
Siçovullar üzərində tədqiqat aparan alimlər aydınlaşdırmışlar ki, zeytun yağı süd vəzisi şişlərinin inkişafını idarə edən genə pis təsir göstərir, xərçəng hüceyrələrinə əlverişli şərait yaradan zülalları zərərsizləşdirir. Gündə 50 millilitr, yaxud on çay qaşığı zeytun yağı içməyi məsləhət görən tədqiqatçılar vurğulayırlar ki, yalnız davamlı səylər səmərə verir. Süd vəzisi xərçəngi daha çox Böyük Britaniyada yayılmışdır. Hər il burada 45 mindən artıq xəstəlik faktı qeydə alınır, hər ay 1000-dək belə xəstə ölür. Zeytun yağından istifadə sahəsində dünya lideri olan yunanlar ingilislərlə müqayisədə 20, italyanlarla müqayisədə isə 10 dəfə çox zeytun yağı istifadə edirlər. Oxşar xəbərlər
|