Peyğəmbərlərin və İmamların Həkimlik elmindən agahlığı
Mьəllif: admin1
Tarix: 13-08-2020, 09:30
Peyğəmbərlərin və İmamların Həkimlik elmindən agahlığı
Rəbi, Hacib Mənsur Abbasidən nəql edir: Günlərin birində İmam Sadiq (ə) Mənsurun məclisinə gəldi, onun yanında Hindistandan biri var idi və tibbi kitablar oxuyurdu.

İmam Sadiq (ə) ona qulaq asdı. Eləki, Hindli kişinin oxunuşu sona çatdı, İmam Sadiqə dedi: Ey Əbu Əbdulla! Mənim yanımda olanlardan bir şey istəyirsən?

Buyurdu: Yox. Sənin yanında olandan daha yaxşısı mənim yanımda var.

Soruşdu: O nədir?

Buyurdu: İstini soyuqla, soyuqu isti ilə, qurunu tər ilə, təri quru ilə dərman edirəm. Və işi bir dəfəlik Allaha tapşırıram. Peyğəmbərin buyrduğunu əncam verirəm.

Bilirəm ki mədə bütün dərdlərin evi və pərhiz etmək təkcə dərmandır. Bədəni onun ünsiyyət tutduğu şeyə adətləndirirəm.

Hindli kişi dedi: Aya tibb bundan başqa bir şeydirmi?

İmam Sadiq (ə) soruşdu: Aya güman edirsən ki, tibbi kitablardan bir şey öyrənmişəm?

Dedi: Bəli.

Buyurdu: And olsun Allaha! Allahdan başqasından bir şey öyrənməmişəm. İndi söylə ki mən tibbi daha mükəmməl bilirəm yoxsa sən?

Dedi: Sən yox, Mən.

İmam Sadiq (ə) buyurdu: Aya səndən bir şey soruşum?

Dedi: Soruş.

Buyurdu: Ey hindi! Mənə söylə niyə başda xırda deşiklər və layələr var?

Dedi: Bilmirəm.

Soruşdu: Niyə tüklər başın yuxarı qismətindədirlər?

Dedi: bilmirəm.

Soruşdu: Niyə alında tük yoxdur?

Dedi bilmirəm.

Soruşdu: Niyə alında çirk var?

Dedi: bilmirəm.

Soruşdu: Niyə kipriklər gözlərin üstündədirlər?

Dedi: bilmirəm.

Soruşdu: Niyə gözlər badam kimidirlər?

Dedi: bilmirəm.

Soruşdu: Niyə burun iki gözün arasındadır?

Dedi: bilmirəm.

Soruşdu: Niyə burunun deşiyi altdadır?

Dedi: bilmirəm.

Soruşdu: Dodaq və bığ niyə ağızın yuxarısındadır?

Dedi: bilmirəm.

Soruşdu: Niyə qabaq dişlər itidir, yan dişlər enlidir və kəsici dişlər uzundur?

Dedi: bilmirəm.

Soruşdu: niyə kişilərin saqqalı var?

Dedi: bilmirəm.

Soruşdu: niyə əllərin içində tük yoxdur?

Dedi: bilmirəm.

Soruşdu: niyə dırnaqla tükün həyatı yoxdur?

Dedi: bilmirəm.

Soruşdu: niyə ürək sənubərə oxşardır?

Dedi: bilmirəm.

Soruşdu: niyə ciyər iki hissədir. Və onun hərəkəti təkcə özünün sabit yerindədir?

Dedi: bilmirəm.

Soruşdu: niyə ciyər qövsvaridir?

Dedi: bilmirəm.

Soruşdu: niyə böyrək lobya dənəsi kimidir?

Dedi: bilmirəm.

Soruşdu: niyə dizlər arxaya getmir?

Dedi: bilmirəm.

Soruşdu: niyə ayağın altında boşluq var?

Dedi: bilmirəm.

Bu vaxtda İmam Sadiq (ə) buyurdu: Amma mən bilirəm.

O kişi dedi: bəs onda özün cavab ver.

İmam Sadiq (ə) dedi: başda deşiklər və qatlar var; çünki içi boş olan hər bir şey əgər bütov olarsa, daha tez sınar.Əgər bir neçə hissə olarsa ondan da daha tez sınar.

Başın tükü ona görə başın yuxarı hissəsindədirki, tükün kökləri piyi beyinə çatdırsınlar. Və tükün ucu buxarı beyindən çıxarsın. Və ona çatan soyuqluq və istiliyi dəf etsin.

Alında tük yoxdur çünki gözlərə çatan işığın yeridir.Alında ona görə qırışlar var ki,başdan tökülən tərləri özündə saxlasın və onların gözlərə yetişməyinə mane olsun. Necə ki yerdəki arxlar suları özündə saxlayır.

Qaşlar gözlərin üstündədir ona görə ki kifayət qədər işığı gözlərə çatdırsınlar. Ey hindli! Məgər görmürsən ki nur çox olanda əlini gözlərinin üzərinə tutursan tainki nuru lazım olan qədər gözlərə çatdırasan.

Burun ona görə iki gözün arasındadırki nuru iki gözə bərabər şəkildə bölsün.

Göz ona görə badama oxşayırki çirklər onda cərəyan edib,çölə çıxsınlar. Əgər gözlər dörd bucaq və ya dairəvi şəkildə olsaydı nə onun hər tərəfinə su çatardı və nə çirk ondan xaric olardı.

Burunun deşiyi ona görə aşağıdadır ki beyindən gələn çirklər tez aşağı gəlsin və iylər ondan yuxarı getsin. Amma əgər burunun deşiyi yuxarıda olsaydı nə xəstəlik və çirk ondan açağı gələrdi və nə iy onunla hiss olunardı.

Dodaq və bığ ona görə ağızın yuxarısındadır ki, beyındən tökülən üfunətlərin ağıza tökülməsinə mane olsun.

Ona görə kişilərdə saqqal var ki qadınlardan fərqlənsinlər. Və tanınmaq üçün sifəti tam açmağa ehtiyac olmasın.

Qabaq dişlər itidir ona görə ki bölmək onun vasitəsi ilə əmələ gəlir. Yan dişlər enlidir çünki çeynəmək onun köməyi ilə olur.

Əllərin içində tük yoxdur ona görəki onun köməyi ilə hiss edilir.amma əgər onlarda tük olsaydı insan onun qarşısında olan şeyi hiss etdikdə onun nə olduğunu bilməzdi

Tük və dırnağın həyatı yoxdur.çünki onların uzanması çirkinliyə səbəbdir. Onları qısaltmaq bəyənilmişdir əgər onlarda həyat olsaydı insan onları qısaldanda ağrı hiss edərdi.

Qəlb sənubər şəkillidir. çünki əksinədir. Ürəyin bir tərəfi nazikdir buna görəki ciyərin laybalayı ilı getsin və soyuqluğu ilə sərinlənsin. Nəticədə beyin onun istiliyindən yanmasın.

Ciyər ikihissədən ibarətdir buna görə ki ürəyin damarları onun təzyiqlərinin laybalayında qərar tutsun və onun hərəkətinin köməyi ilə sərinlənsin.

Ciyər qövsvaridir. Çünki mədəyə ağırlıq salır və bütünlüklə onun üstündə qərar tapır onu sıxır və nəticədə onun içində olan buxarı çölə çıxarır

Böyrək lobya dənəsi şəklindədir. Ona görəki spermanın tökülmə yolu onun üzvünün nöqtə və nöqtəsidir. Əgər böyrək dörd bucaqlı və dairəvi olsaydı, ilkin nöqtə spermanın ikinci nöqtəyə yetişməsinə mane olardı.

İnsanlar onun ixracı ilə ləzzət hiss etməzdilər.Çünki sperma bel fəqərə stunlarından böyrəyə tərəf gəlir.böyrəkdə qudr kimi açılır yığılır və tədricən spermanı sidikliyə tərəf aparır. Kamandan atılan ox kimi tökülür.

Dizlərin açılması arxa tərəfədir çün ki insan qabaq tərəfə yol gedir və onun hərəkətini tənzimləyir amma əgər belə olmasaydı insan yol gedən vaxtı yıxılardı.

Ayağın altında boşluq var çünki hər şey bütünlüklə yerlə bərabər olsa, dəyirman daşı kimi ağır olar. Əgər ayağın ucu yerdə olsa,bir uşaqda edə bilər onu yerdən qaldırsın.

Bu vaxt Hindli kişi soruşdu: bu bilik sənin üçün haradandır?

İmam Sadiq (ə) buyurdu: Onu atalarımdan, Peyğəmbərdən, Cəbrayıldan, aləmlərin Rəbbindən ki təkdir və insanları yaradıb, öyrənmişəm.

Sonda hindli kişi dedi: Düz dedin, məndə şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Və Məhəmməd onun quludur. Və Sən öz zəmanəmizin ən biliklisisən.[1]

[1] İləluş- şəraye, səh 99, hədis 1.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930