YEMƏKDƏ NİZAM-İNTİZAM VƏ SAĞLAMLIQ
Həzm orqanı, ağız, dişlər, çörəyə, suya olan ehtiyac və digər nemətlər mehriban Allahın insana bəxş etdiyi lütflərindəndir.
Halal ruzi qazanmaq, ondan düzgün istifadə etmək, bədənin sağlamlığı və s. kimi cəmiyyətə təsir göstərən çox mühüm göstərişlər Quranda və rəvayətlərdə qeyd olunmuşdur. Onların bəzisi vacib, bəzisi əxlaqi vəzifə, digər bir hissəsi isə olduqca müstəhəbdir. Vacib buyrulanlara boyun əyməmək haram olaraq qiyamət əzabına yol açır. Müstəhəbə boyun əyməmək isə böyük ziyanlara, cismi xəstəliklərə səbəb olur. Quranda buyrulan ən mühüm vacib əməllər, həyatın davamı üçün qazanc əldə etmək, mənzil, geyim, qida və s. bu kimi zəruri ehtiyacları halal yolla əldə etməkdən ibarətdir: «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin» Bəqərə 172 «Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir» Bəqərə 168 «(Ey Adəm oğulları!) Yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz» Əraf 31 Bu ayələrdə pakizəlikdən, halallıqdan və israfdan çəkinməkdən söhbət gedir. Halal ruzi qazanmaq, qidanın paklığına riayət etmək vacib, israf isə haramdır. Halala etinasızlıq, haram və nəcis maddələrlə qidalanmaq Haqqın göstərişinə zidddir. Özünə zülm etməyə və Allah əzabına səbəb olur. Ailə başçısı gözəl İslam təlimləri ilə tanış olmalı, onları ailəsinə ötürərək, ailə üzvlərinin tərəqqisinə yol açmalıdır. Ceferiler.com Oxşar xəbərlər
|