Öz uşaqlarınıza rəhminiz gəlsin
Siqaret haqqında mərcəi-təqlidlərin çoxunun fətvası bundan ibarətdir ki, siqaret diqqətçəkici və ağır zərərə səbəb olarsa, onun istifadəsi caiz deyildir, haramdır.
İndi isə, tütün məhsullarının zərərlərini qeyd edirik. Bu zərərlərin əhəmiyyətli olub-olmaması haqda mühakimə yürütməyi isə, oxucunun öz öhdəsinə buraxırıq. Tütün məhsullarının bəzi cismani zərərləri aşağıdakılardan ibarətdir. 1. Xərçəngə yoluxma Siqaret bədəndə 20 növ xərçəng xəstəliyinin yaranmasında başlıca amil və ya köməkçi rolunu oynayır. Buna misal olaraq qida borusu xərçəngini, bütün tənəffüs üzvləri xərçəngini, o cümlədən ağciyərləri göstərmək olar. "Daneşmənd" jurnalı yazır: "Siqaret nikotin və menoksidkorben kimi öz öldürücü tərkib hissəsi ilə, bədən üzvlərində, ağciyər və bağırsaqlarda ölümlə sonlanan xərçəngyaradıcı virusların törənməsinə zəmin yaradır. "Səlamət" həftəlik jurnalı yazır: "İspanıyalı alimlər geniş araşdırmadan sonra kəşf etmişlər ki, siqaretin tərkibi müxtəlif zəhərli və xərçəngtörədici maddələrlə doludur. İndiyə kimi həkimlər siqaretdə 4560 zəhərli maddə və 60 xərçəngə səbəb olan maddə aşkar etmişlər. 2. Yaddaşı zəiflədir Əgər siqaret çəkir və ağciyər xərçəngindən və 70 cür digər xəstəliklərdən nigəran deyilsizsə, yeni bir araşdırmanın nəticəsinə diqqət yetirin. "Fukus" alman jurnalında yazılmışdır ki, siqaret çəkmək insan sağlamlığına ziyan yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin ölçüsünü azaldaraq, şəxsi kütbeyin edir. Almaniya və İngiltərədə tədqiqatçılar 11 və 64 yaş arası şəxslərin qavrama dərəcəsini ölçərkən bu nəticəyə çatmışlar ki, üzün illər boyu siqaret çəkən şəxs qocaldıqda, sağlam və qüdrətli fikrə, düşüncəyə malik olmur. 3. İştahanı azaldır 4. Qidanın həzmini ağırlaşdırır. "Daneşmənd" aylıq jurnalında gəlmişdir ki, yeməyin qıcqırmasının və qaytarılmasnın səbəblərindən biri də siqaretdir. 5. Sümük boşluğu (Revmatizm). Sözügedən jurnal yazır: "Sümüklərin boşalmasının faktorlarından biri də, tütün məhsullarının istifadəsi tanıtdırılmışdır". 6. Ürək infarktı. "İnfarktla nəticələnən təhlükəli amillərdən biri də, siqaret çəkməkdir. Tütün məhsullarının istifadəsi ürəyin ürək əzələlərində qan dövranını azaldır. Ürəyiniz üçün görəcəyiniz ən gözəl iş, siqareti kənara qoymaqdır". "Beynəlxalq gigiyena mərkəzinin ən yeni statistikasına əsasən, ürəklə bağlı ölənlərin ən azı 40%-i və dünyada ölənlərin 12,5%-nın səbəbi, həmin arıq əndamlı qatildir. Həkimlər xəbərdarlıq edirlər ki, hər 10 saniyədə bir nəfər siqaret çəkilməsi ucbatından dünyanın bir guşəsində həyatını əldən verir. Eləcə də, 2025-ci ilə kimi, siqaretdən ölənlərin sayının on milyona çatması proqnozlaşdırılır. 7. Cinsiyyət üzvünün iş qabiliyyətini və fəaliyyətini zəiflədir. 8. Yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir. 9. Dərinin qırışlarını artırır. 10. Ümumi iş qabiliyyətini və faliyyəti azaldır. 11. Tənəffüsü qoxulu edir (ağız iyi). 12. Görmə qabiliyyətində əngəl yaradır. 13. Nəfəs borularını qıcıqlandırır (boru qıcıqlanmalarının xarici amillərə təsirinə girişi). 14. Hormonları və daxili və xarici selikli qişaları zəhərləyərək fasid edir (çünki zəhər bu yollarla dəf edilir). 15. Bədənin C vitaminini tələf edərək, bədəni C vitamini çatışmazlığı ilə üzləşdirir. 16. Dişləri saraldaraq çürümələrini tezləşdirir. Həyat yoldaşları üçün siqaretin təhlükələri Amerikalı tədqiqatçılar ərlərin siqaret çəkməsini və onların siqaret çəkməyən qadınları arasında beyin infarktının yayılmasını Çinin Şankhay şəhərində 60 min kişi arasında araşdırmışlar. Tədqiqat bəlli etmişdir ki, ərləri hazırda siqaret çəkən qadınlar, ərləri heç vaxt siqaret çəkməyən qadinlarla müqayisədə, 47% daha artıq beyin infarktına məruz qalırlar". Öz uşaqlarınıza rəhminiz gəlsin Doktor Qulamrzanejad öz müsahibəsində deyir: "Uşaqlar (valideynlərinin siqaret çəkməsi nəticəsində) çox zərər görürlər, çünki həssasdırlar. Mən həmişə deyirəm, bizim damarlarımızın cəftəsi, bu gün vurduğun lakin sabah səsi çıxacaq təbilə bənzəyir. Bu uşaqlar bu ata və ananın siqaret çəkməsinin təsiri altına düşməsələr də, ondan ziyan görməsələr də, ancaq onun zərərləri gələcəkdə onların yaxasından yapışacaqdır". İngiltərədə hər il 17 min uşaq valideynlərinin siqaret tüstülərini iyləməsi nəticəsində xəstəxanalarda yatırlar. Uşağın siqaret çəkən vaildeynindən təsirləndiyi xəstəliklərin bəzisi aşağıdakılardan ibarətdir: 1- İnfeksiya Uşaqların infeksiyasının 13%-i valideynin siqaret çəkməsi ucbatındanır. Yəni yazıq uşaqlar infeksiyadan yaranan qulaq ağrısını valideynlərinin eqoistliyinə görə dözməlidirlər. 2- Astma Yenə də uşaqların astmasının 13%-i valideynin siqaret tüstüsü nəticəsində meydana gəlir. 3- Siqaret nəticəsində uşaqların qəfil ölümü İldə 2700 amerikalı körpə valideynin siqaret tüstüsünü udma nəticəsində yaranan qəfil ölümlə həyatlarını dəyişirlər. Siqaret rahatlıq gətirirmi? Bir çox hallarda siqaret çəkən şəxslər, əsəbi və narahat olduqları zaman siqaret çəkir və bu işin narahatlıqların azalmasına səbəb olduğunu güman edirlər. Və ya siqaret çəkənlərə "siqaretin filan ziyanı var" deyildikdə, "biz siqaret çəkdiyimiz vaxt yorğunluğumuz aradan qalxır və rahatlanırıq" deyirlər. Ancaq bu tip insanların nəzərlərinə çatdırıram ki: Hər şeydən əvvəl, siqaret aramlığa səbəb olsa və ya sizin yorğunluğunuzu aradan qaldırsa da, bu bir aldadıcı aramlıqdır. Bu eynilə, ağrını müvəqqəti olaraq sakitləşdirən ağrıkəsici dərmana bənzəyir, amma əvəzində başqa xəstəlikləri bədənə daxil edir. Bu şəxslərin işi o kəsə bənzəyir ki, 10 manatını ələ gətirmək üçün minlərlə manat dalğaca xərcləyir. Yəni bir narahatlığı aradan qaldırmaq üçün, siqaret çəkmək nəticəsində yüzlərlə narahatlıq özünə əlavə edir. Bundan əlavə, alimlərin sübuta yetirdiklərinə əsasən, siqaret düşkünlüyə səbəb olur. Aşağıdakı tədqiqata diqqət edin. "İransəlamət" xəbər agentliyinin məlumatına görə "Oslo" universitetinin alimlərinin araşdırmalarına əsasən, siqaret çəkən şəxslərdə düşkünlüyün ehtimalı daha artıqdır. "Royterz"dən verilən məlumatda bildirilir ki, Norveç alimlərinin 18 yaşlı 1190 nəfər üzərində 11 il araşdırması göstərir ki, siqaret çəkənlər siqaret çəkməyənlərdən daha çox düşkünlüyə düçar olur və düşkünlüyün dərəcəsi fərdin gündəlik çəkdiyi siqaretin sayına bağlıdır. Siqaret əvəzinə qalyan çəkməyimiz yaxşı olmazdımı? Doktor Qulamrzanejad: Bunların heç biri yaxşı deyil, bunların hamısı pisdir, zərərlərlə doludur, amma siqaret qəlyandan daha pisdir. Siqaret və ona bənzər tütün məmulatlarının istifadəsi haqda son sözümü universitet müəllimi və ürək həkimlərindən birinin məşhur cümləsi ilə yekunlaşdırıram. O deyir: "Hər bir siqaret çəkən bir gün siqareti tərgidəcəkdir, amma kaş ki o gün gec olmayaydı". Oxşar xəbərlər
|