Niyə Fəcr surəsini İmam Hüseynə (ə) təfsir edirlər?
Mьəllif: admin1
Tarix: 25-09-2021, 11:02
Niyə Fəcr surəsini İmam Hüseynə (ə) təfsir edirlər?
Bunun səbəbi surənin axrında arxayın nəfsin ən bariz nümünəsi və tam daşıyıcısının İmam Hüseyn (ə) olmasıdır.

"Fəcr" surəsin İmam Hüseyn (ə) aid edirlər. Bunun səbəbi surənin axrında arxayın nəfsin ən bariz nümünəsi və tam daşıyıcısının İmam Hüseyn (ə) olmasıdır.

İmam Sadiq (ə) öz səhabələrinə buyurur: Fəcr surəsini vacib və müstəhəbb namazlarınızda oxuyun ki, bu surə İmam Hüseynə (ə) məxsusdur. "Nəfsi- mütməinnə" (rahatlığıa yetişmiş arxayin nəfs) o Həzrət və onun şiələridir.

İmam Hüseyn (ə) qaranlıqlardan doğan dan yeri kimi zülmətləri işıqlandırdı, onun və məsləkdaşlarının arxayın nəfsi və yerə tökülən qanı onları cənnətə qaytardı.

İmam Sadiq (ə) buyurur:

"الفجر هو القائم و ليال عشر الائمه من الحسن الي الحسن و الشفع اميرالمؤمنين و فاطمه ( ع ) و الوتر هو الله وحده لاشريك له "

"Fəcr" (dan yeri) Həzrət Qaimdir (ə), "Ləyaliy əşr" İmam Həsəndən (ə) tutmuş İmam Əskəiryə (ə) kimi olan imamlardır. "Şəfi" Əmirəl- möminin (ə) və Fatimeyi – Zəhradır (s), "Vətr" isə Allahdr".
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930