Ədəbin ən yüksək həddi – Əllamə Təbatəbainin həyatından incilər
Mьəllif: admin1
Tarix: 27-05-2024, 10:37
Ədəbin ən yüksək həddi – Əllamə Təbatəbainin həyatından incilər
Əllamə Təbatəbai ağanın şagirdlərindən biri yazır...

"Bizim ustadımız Əllamə Təbatəbainin öz ustadı Hacı Mirzə Əli Ağa Qazi Təbriziyə çox böyük hörməti və onunla xüsusi əlaqəsi var idi. O, özünü ustadı qarşısında çox kiçik görür və ustadı onun gözündə bir dünya əzəmət, heybət və məqam ilə cilvələnirdi. Mən bir gün ustadım Əllamə Təbatəbaiyə ətir təklif etdim.

O, ətiri əlinə alıb, bir qədər fikrə getdikdən sonra dedi: "İki ildir ki, ustadım Ağa Qazi vəfat edəndən bu günə qədər mən özümə ətir vurmamışam".

Mən son zamanlara qədər hər vaxtı ona ətir verərdimsə, o, onun ağzını bağlayıb cibinə qoyardı. Ustadının ölümündən sonra mən onun ətirdən istifadə etdiyini onunla olduğum 36 il müddətində bir dəfə də görmədim".

Əllamə Təbatəbaini tanıyanlardan biri nəql edir ki, bir gün mən Əllamə Təbatəbainin yanında olarkən bir şəxs çox sadə şəriət məsələsi ağadan soruşdu. Mərhum Əllamə onun cavabını verdikdən sonra belə əlavə etdi ki, siz bu məsələni başqa bir nəfərdən də soruşun. O məsələ o qədər sadə idi ki, az qalmışdı deyəm ki, ağa, elə siz buyurduğunuz kimidir, soruşmağa ehtiyac yoxdur.

Amma bu əsnada Əllamə təvazökarlıqla yenidən son cümləsini təkrar etdi. Onun yanından çıxdıqdan sonra mən həmin sualı soruşana dedim: "Nə lüzum var idi ki, belə bir sadə məsələni ağadan soruşurdunuz?".

O cavabında dedi ki, mən bu məsləni bilirdim, lakin məqsədim yalnız bu idi ki, bu təqva mücəssəməsi olan vücud ilə bir neçə kəlmə söhbət edim.

Ağanın müasirlərindən olan bir tədqiqatçı belə deyir: "Bir dəfə Quma getmişdim. Əllamə Təbatəbainin ömrünün son vaxtları idi. Onunla görüşmək üçün evinə getdim.

Qapını bir yaşlı kişi açdı. Soruşdum ki, ağa evdədir? Dedi: "Bəli". Mən dedim ki, əgər halı imkan verərsə, onun xidmətinə yetişərdim. O şəxs getdi və bir qədər sonra qayıdıb, bir otağın qapısını açdı.

Mən otağa daxil oldum. Otaqda kilim olmadığına görə, mən boş yerdə əyləşdim. Mərhum Əllamə gəldi. Salamlaşıb, hal-əhval tutduqdan sonra buyurdu: "Müqəddəs dərgaha təşrif aparmaq halında olduğumdan, otaqdakı kilimləri yığmışıq".

Bunu dedikdən sonra dedi ki, qoy gedim bir xalça gətirim, otağa sərim. İstədi ki, dursun, mən ehmalca onun əlindən tutdum və dedim ki, xalçaya ehtiyac yoxdur.

Sonra əbamı öz çiynimdən götürüb yerə sərdim və dedim ki, əbanın üstündə otura bilərik. Heç vaxt yadımdan çıxmayan öz mələkuti qiyafəsi ilə Əllamə Təbatəbai dedi: "Ömrümün bu vaxtında da bir öyrədici dərs mənə təlim verdiniz".

Mən dedim ki, sizin bu oyadıcı cümləniz mənim üçün daha da öyrədici bir dərsdir. Sonra oturub, bir qədər söhbət etdik. Mən heç vaxt o anları unutmayacağam. Ondan sonra mən bir daha onun görüşünə nail ola bilmədim".


Zemfira Nəsrullayeva
«Dəyərlər»
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930