Əllamə Təbatəbai “əl-Mizan”ı atasının ruhuna niyə hədiyyə etdi?
Qeyb, ruhlar aləmi, demək olar ki, hər kəsin bilməyə can atdığı, maraq gostərdiyi bir mövzudur. Amma bu barədə səhih bilgilərin əldə edilməsi, etbarlı mənbəyə yol tapmaq elə də asan məsələ olmadığı üçün çox vaxt əksriyyət bu barədə deyilənləri tərəddüqdlə qarşılayır.
Bir zamanlar mən də bu mövzunu təhqiq edərkən maraqlı bir faktla qarşılaşmış, o zaman bu hadisəni nəql edən mənbənin mötəbərliliyinə şübhə də etmişdim. Amma sonralar bu şübhələrə aydınlıq gətirən daha etibarlı mənbələrə çıxış tapdım. Ruhun mövcudlğunu indi əksəriyyət qəbul edir və bu üzdən ruhun varlığı haqqında müzakirələrə əvvələrdə olduğu qədər çox həvəs göstərilmir. Amma ruhun ölümdən sonrakı durumu, əlaqə imkanları barədə mövzular hal-hazırda daha çox maraq doğurur. Son zamanlar bu mövzuda ən cox soruşulan, müzakirəyə çıxarılan məsələlərdən biri də bu dünyada ruhlarla əlaqə yaratmağın mümkünlüyü barədədir. Xülasə, bu barədə çox da uzun olmayan araşdırmadan sonra belə bir nəticəyə gəlirik ki, ruhlarla əlaqə yaratmaq mümkün bir işdir. Ruhlarla əlaqə barədə dini –elmi araşdırmalar mərkəzlərindən birinə ünvanladığım sorğunun cavabı isə daha maraqlı idi. Həmin sorğunun cavab məktubunda ruhlarla əlaqə yaratmağın həqəqət olduğunu təsdiq edən faktlardan biri kimi əksər hörmətli mərcələrimizin bu barədə verdiyi fətvalar göstərilmişdi. Məsələn, Ayətullahül-Üzma Fazil Lənkəraninin ruhlarla əlaqə qurmağın şəriət baxımından hökmü barədə verilən suala cavabı belədir: "Ruhların çağrılması əgər ruh sahiblərinin, (həmin ruhların) əzab-əziyyətinə bais olmayacaqsa, heç bir eybi yoxdur”. Ayətullah Behcətin, Xamneyi həzrətlərinin də eyni suala cavabı təqribən eynidir. Ayətullah Xamneyinin cavabında əlavə bir bənd də var: "Əgər ağlın yol verdiyi məqsədlər üçün olsa, eybi yoxdur”. Ayətullah Behcətin cavabı isə daha maraqlıdır: "Əgər bütün şərtlərinə əməl olunsa, eybi yoxdur. Amma bu gün bu iddia ilə (ruhları çağırıb onlardan məlumat aldığını deyən) bu işi görənlərin sözünə etibar yoxdur”. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu suallar adı çəkilən mərcələrdən şifahi şəkildə soruşulmuşdur. Ruhlarla əlaqənin mümkünlüyü barədə ən geniş tədiqat aparan alimlərdən biri Ayətullahl-Üzma Məkarim Şirazı cənablarıdır. Bu barədə möhtərəm alimimizin araşdırmaları əsasında yazılmış kitabı da var. Məkarim Şirazi həzrətləri məsələni dərindən araşdırmış, ümumi nəticə olaraq Ayətullah Behcətin fətvasına uyğun bir nəticəyə gəlmişdir. Belə ki, indiki zamanda medyumlar tərəfindən müxtəlif üsullarla hər hansı ruhun çağrılması etibarsiz hesab edilir. İslam dininin inanclarına görə ruhun bu dünyaya ikinci dönüşü imkansızdır. Böyük alimlərin hər hansı ruhla əlaqə yaratması heç də həmin ruhların bu dünyada olması demək deyil. Ayətullah Məkarimin bu barədə fikrini tam verməyi, inşallah, başqa bir məqlənin öhdəsinə buraxırıq. Əl-qərəz, həmin məktubda bu suala cavab kimi hədislərdən, tarixdən belə bir şeyin mümkünlüynə dəlalət edən bir cox şahidlər gətirdikdən sonra Əllamə Təbatəbainin bu barədə açıqlamasına diqqəti çəkir. Əllamənin fikri belədir: "Adi insanların gördüyü bütün xarqüladə (qeyri-adi) işlər, o cümlədən ruhlarla əlaqə məsələsi insanın iradəsinə bağlıdır. Bu məsələdə həqiqət olan ancaq ruhla əlaqənin qurulmasıdır. Yəni ruhla əlaqəni qurulması ruhun, həqiqətən, gerçək aləmdə bizim yanımızda var olması demək deyil. Çünki çağrılmış ruhu neçə nəfərin arasında ancaq onu çağıran görür. O təlqin yolu ilə ruhu öz yanında hiss edir, onun özünün yanında danışdığını düşünür”. Ruhlarla əlaqənin reallıq olduğuna dair bir sirri elə Əllamə Təbatəbainin özü söyləyir: "Təbrizdə qardaşımın Ədib adında bir tələbəsi var idi. (Əllamənin qardaşı Məhəmmədhəsən İlahi Təbatəbai Əllamənin özü ilə Nəcəfdə bir yerdə təhsil almış, sirli elmlərdə qardaşından daha güclü idi). Qardaşım ona fəlsəfədən dərs deyirdi. Həmin şagird ruhlarla əlaqə qura bilirdi və qardaşım hərdən onun vasitəsilə əksər ruhlarla əlaqə yardırdı. Qardaşım deyirdi ki, bu tələbə əvvəl fəlsəfə dərsi oxumaq üçün Aristotelin ruhunu çağırıb ondan dərs deməyi xahış etmişdi. Aristotel ona demişdi: "Molla Sədranın "Əsfar” kitabını al, get Seyyid Məhəmmədhəsən Təbatəbainin yanına”. Ədib Əsfar kitabını alıb birbaşa qardaşımın yanına gəlmiş, Aristotelin tapşırığnı ona çatdırmışdı. Qardaşım deyirdi: Biz fəlsəfədə həlli çətin məsələ ilə rastlaşdıqda məsələnin həllini həmin müəlliflərin ruhları ilə əlaqə yaradıb birbaşa onların özündən soruşurduq. Məsələn, Platonon sözlərində başa düşmədiyimiz yeri Platonun ruhundan soruşub cavabını alırdıq, Molla Sədranın kitabında çətin yerlərdə birbaşa onun öz ruhu ilə əlaqə yaradıb özündən cavabı öyrənirdik. Bir dəfə Platonla əlaqə qurarkən Platon qardaşıma belə bir söz demişdi: "Siz yer üzündə rahat "la ilahə illəllah” kəlməsini deyə bilirsiniz. Bunun qədir-qiymətini bilin. Bizim zamanımızda bütpərəstlik elə güclü idi ki, Allahın vahidliyini bu asanlıqla dilimizə gətirə bilmirdik”. Qardaşım əksər tanınmış alimlərin ruhunu çağırıb onlarla danışır, elmi suallarına cavab alırdı. Qardaşım elmin müxtəlif sahələrində tanınmış alimlərin ruhları ilə həmin tələbəsinin vasitəsilə əlaqə qurub danışarkən tələbəsinin özü onların nə danışdıqlarından baş açmırdı. Çünki hələ yenicə fəlsəfəni öyrənirdi. Digər fənlərdən isə əsla başı çıxmırdı. Təkcə qardaşım anlayırdı ki, ruhlar o tələbənin dili ilə nə demək istəyirlər. Qardaşım deyirdi ki, biz əksər alimlərin ruhlarını çağırıb sohbət etmişdik. Təkcə iki nəfərin ruhu ilə əlaqə yarada bilmədik. Biri, Seyyid ibn Tavusun ruhu ilə, ikincisi Seyyid Bəhrul-Ülumun ruhu ilə. Bu iki nəfərin ruhunu çağırarkən belə cavab vermişdilər: "Biz ancaq Həzrət Əmirəlmöminin Əlinin xidmətindəyik, bütünlüklə işimizi ona xidmətə vəqf etmişik. Əsla aşağı enməyə macalımız yoxdur.” Ən qəribə işlərdən də biri bu oldu ki, bir gün Təbrizdən, qardaşımdan Quma – mənə - bir məktub gəldi. Qrdaşım yazırdı ki, atamızın ruhunu çağırmışdım, sohbət əsnasında səndən giley-güzar etdi, dedi ki, yazdığı təfsirin savabından mənə niyə bir şey verməyib?! Mən bu məktubu alanda çox təəccübləndim. Çünki qardaşımın şagirdi əsla məni tanımırdı, görməmişdi, nə işlə məşğul olduğumu da bilmirdi. Qardaşım da məmin adımı heç vaxt onun yanında çəkməmişdi. Təfsirin savabında atamı şərik etmədiyimə gəlincə isə, bu məsələdən bir özüm, bir də Allahdan başqa kimsənin xəbəri yox idi. Çünki bu məsələ mənim qəlbimə, niyyətimə bağlı bir məsələ idi. Açığı, təfsirin savabında atamı şərik etməməyim savaba göz dikməyimə görə deyildi. Axı mən kiməm ki, mənim işimin nə dəyəri var ki, atamı da ona şərik edim?. Mən öz xidmətimin müqabilində Allahın mükafatına layiq olacaq bir şey görmürdüm. Qardaşımın bu məktubu mənə çatanda halım dəyişdi, xəcalət çəkdim, Allaha üz tutub dedim: "İlahi Pərvərdigara! Əgər bizim bu təfsirimizin Sənin yanında bir dəyəri, savabı varsa, onun savabının hamısını ata-anamın huruha hədiyyə etdim”. Mən bu məsələni qardaşıma yazıb xəbərini verməmiş Təbrizdən, qardaşımdan bir məktub gəldi. Bu dəfə yazıb bildirirdi ki, atamızın ruhu ilə əlaqə saxladım, çox şad idi. Dedi ki, Allah ona ömür versin. Əllamənin nəql etdiyi bu əhvalatı onun əksər yaxın tələbələri birbaşa onun öz dilindən eşitmiş, öz kitablarında qeyd etmişlər. Əllamə Hüseyni Tehrani "Məadşünaslıq”, "Mehri Taban”, "Mətləi -Ənvar” kitablarında bu əhvalatı təfsilatı ilə söyləmişdir. Bundan başqa Əllamə Həsənzadə Amuli cənabları öz xatirələrində qeyd edir ki, mən Əllamənin qardaşı İlahi Təbatəbainin ustadı Qazinin ruhunu çağırıb ondan lazımi tapşırıqlar aldığını bilirdim. Bir dəfə Əllamədən xahiş etdim ki, qardaşına desin, bu dəfə Qazi ilə görüşsə mənim xahişimi ona çatdırsın, desin ki, mənə də bəndəlik yolunda addımlamğım üçün bir tapşırıq versin. (Bu zaman Həsənzadə Amuli cavan tələbə idi və Əllamədən dərs alırdı) Təbatəbai onun xahişini qardaşına çatdırır və iki həftədən sonra Təbrizdən məktub gəlir ki... Təbatəbainin həyatında belə olaylar çoxdur və sadəcə, fürsət az olduğu üçün biz ixtisarla nəql etdik. Təbatəbai öz dilindən Nəcəfdə tələbəlik illərində bir dəfə qeyri-adi şəkildə bir nəfərin ruhu tərəfindən (cox güman ki, məna aləmində) ona mesaj göndərildiyini nəql edir. Bundan daha təəccüblüsü isə Təbatəbainin zikr halında mələklərlə görüşməsi, bu görüş zamanı baş verənlərdir. Bütün bu olaylar Əllamə Təbatəbainin öz dilindən nəql olunmuşdur. Amma ruhlarla əlaqəyə gəlincə, bu barədə müzakirə olunası suallar çoxdur, inşallah, münasib bir fürsətdə yenidən bu mövzuya qayıdacağıq. (Əllamə Təbatəbaiyə qeybdən mesaj) Oxşar xəbərlər
|