O, qürbət içərisində şəhadətə qovuşdu
Mьəllif: admin1
Tarix: 5-11-2015, 13:28
O, qürbət içərisində şəhadətə qovuşdu
"O, böyük olduğu qədər məzlumdur da"
İmam Hüseyn (ə) İslam tarixinin ən əzəmətli mübarizi və mücahididir. Çünki o belə bir meydanda dayandı, qorxmadı və cihad etdi. Lakin bu böyük insanın əzəməti qədər məzlumluğu da var. O, böyük olduğu qədər məzlumdur da. O, qürbət içərisində şəhadətə qovuşdu. Döyüş meydanına gedən, xalqın şüar dediyi, təriflədiyi, ətrafını özü kimi qəhrəman insanların əhatə etdiyi, yaralanacağı, yaxud şəhid olacağı təqdirdə xalqın onunla necə eşqlə rəftar edəcəyini bilən fədakar əsgərlə və dəliqanlı insanla qürbətdə, zülmətdə, tənha, köməksiz, xalq tərəfindən heç bir yardıma ümidi olmayan halda və düşmənin geniş təbliğatına rəğmən, dayanan, mübarizə aparan, Allahın qəza və qədərinə razı və Allah yolunda öldürülməyə hazır olan şəxs arasında fərq var. Kərbəla şəhidlərinin əzəməti bundadır. Onlar Allah və din yolunda cihaddan ibarət olan vəzifə hissi üçün düşmənin əzəmətindən qorxmadılar, öz tənhalıqlarından vahiməyə düşmədilər, saylarının az olmasını düşmən qarşısında qaçmağa səbəb bilmədilər. Bir insana, bir rəhbərə və bir xalqa əzəmət bəxş edən budur: düşmənin puç əzəmətindən qorxmamaq.

Ayətullah Xamenei
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930