Yezidin vasitəsi ilə şahlığın bərpası
Mьəllif: admin1
Tarix: 30-10-2021, 10:49
Yezidin vasitəsi ilə şahlığın bərpası
"Hüseyn ibn Əlinin (ə) qarşısında kim durmuşdu? Cəmiyyətdə Allah bəndələrinə qarşı günah və təcavüzlə rəftar edən fəsadlı və zalım hökumət."

O, hakimiyyəti altında olan cəmiyyətdə Allahın bəndələrinə və insanlara qarşı zülmlə, ədavətlə, qürurla, təkəbbürlülüklə, xudpəsəndliklə və eqoistliklə rəftar edirdi.

Bu həmin hökumətin əsas səciyyəsi idi. Onun üçün əhəmiyyəti olmayan məsələ mənəviyyat və insanların hüquqları idi. İslam hökumətini İslamdan öncə və müxtəlif dövrlərdə dünyada mövcud olan tağut hökumətinə çevirmişdilər.

Halbuki İslam quruluşunun ən bariz xüsusiyyəti hökumətdir. İslamın qurmaq istədiyi ideal cəmiyyətin ən diqqətəlayiq cəhətləri hakimiyyət forması, növü və hakimin rəftarıdır. Ozamankı böyüklərin təbirincə desək, imaməti şahlığa çevirmişdilər.

İmamət - din və dünya karvanının rəhbərliyidir. Hamının bir tərəfə və uca məqsədə sarı hərəkət etdiyi karvanda bir nəfər digərlərini yönəldir. Kimsə azsa, əlini tutub qaytarır; kimsə yorulsa, onu yolu davam etdirməyə həvəsləndirir; kiminsə ayağı yaralansa, ayağını bağlayır; hamıya mənəvi və maddi dayaq olur.

İslam leksikonunda bunun adı imam - hidayət imamıdır. Şah bunun əks tərəfidir. Sülalə padşahlığı mənasında olan şahlıq, şahlığın yalnız bir növüdür. Dünyada bəzi şahlar mövcuddur.

Onların adı şah deyil, amma daxilləri insanlara hökmranlıq və hegemonluqla doludur. Adı nə olursa-olsun, tarixin hansı bir dövründə kim öz xalqına, yaxud digər xalqlara hegemonluq etsə, bu, şahlıqdır.

Bir dövlətin prezidenti - bütün zamanlarda hegemon dövlətlər olmuşdur. Bu gün onun təzahürü Amerikadır - heç bir əxlaqi, elmi və hüquqi əsas olmadan özünün və arxasında duran şirkətlərin maraqlarını milyonlarla insanın maraqlarına tərcih etməyi və dünya xalqları üçün vəzifə müəyyənləşdirməyi öz haqqı bilirsə, bu, şahlıqdır; adı şah olsa da, olmasa da.

İmam Hüseynin (ə) dövründə İslam ümməti belə bir vəziyyətə düşmüşdü. İmam Hüseyn (ə) buna qarşı mübarizə aparırdı.

Kitabın adı: Aşura mehi

Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031