Uşaqlar haqqında maraqlı faktlar
Uşaqlar həyatımızın ayrılmaz hissəsidir. Amma onlar haqqında hər şeyi bilirikmi? Gəlin bəzi maraqlı faktlara nəzər salaq.
- Orta hesabla uşaqlar gün ərzində 400 dəfə gülürlər, böyüklər isə gün ərzində 15 dəfə gülürlər. - 1-3 aylıq körpələr ağlayarkən gözlərindən yaş gəlmir. - 6-7 aylıq körpə eyni zamanda həm nəfəs ala, həm də udquna bilir. Böyüklər bunu edə bilmirlər. - Planetimizdə ən çox kürən uşaqlar Şotlandiyada dünyaya göz açır. - Oğlan uşaqları əsasən gündüz, qızlar isə gecə saatlarında dünyaya gəlirlər. - Biryumurtalı əkizlərin barmaq izləri tam fərqlidir. - Bütün uşaqlar dünyaya gələrkən daltonik olurlar. - Qeyri-adi ad verilən oğlan uşaqlarının gələcəkdə psixoloji problemlərlə üzləşmə ehtimalı 50 faizdir. Qızlarda isə belə bir asılılıq müşahidə edilməyib. Oxşar xəbərlər
|