Şeytanın bütün səyləri - Allahı unutdurmaq üçündür
Şeytanın bütün səy və çalşması insanı qəflətə salmaq və Allahı unutdurmaqdır. Ona görə də şeytan davamlı olaraq insana vəsvəsə edər.
İnsan Allahı xatırlayan zaman isə o məlun, gizlənər və geri çəkilər. Ancaq o zaman ki, insan Allahdan qafil olar, şeytan qayıdar və vəsvəslərinə davam edər. Şeytanın vəsvəsəsi daimi və mütləqdir. O, insanın fikir və ruhunun ətrafıda fırlanar və ona nüfuz etmək üçün yollar axtarar. Qurani-Kərim bu məsələni belə bəyan edir: "Beləliklə Şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»”. ("Taha” 120). "O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır”. ("Nas” 5). "Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq”. ("Zuxruf” 36). "Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. ("Əraf” 201). Həqiqətdə şeytan bütün insanları yolundan azdırmaq istəyir. Ancaq təqva əhlinə rast gələn kimi dayanır və təslim olur. Təqva, yəni günahdan uzaq olmaq deməkdir. Bəziləri belə düşünür ki, təvqa - əhlini əzabdan qorumaq vasitəsidir. Təqvanın bir neçə mərhələsi vardır: 1. Fasid əqidəyə görə təqvalı olmaq. 2. Kəbirə günaha görə təqvalı olmaq. 3. Bütün günahlardan təqvalı olmaq. 4. Fasid əxlaqdan təqvalı olmaq. 5. Məkruh əməllərdən təqvalı olmaq. 6. Yersiz işlərdən ki, insanın dünyasına faydalıdır, axirətinə deyil - o işlərdən təqvalı olmaq. Hər bir insan öz qabiliyyət və tutumuna görə təqvanın müəyyən mərhələsinə malik ola bilər. Əslində təqvanın xəmiri iki şeylədir. Birincisi: Allahı yada salmaq. Yəni, Allahı davamlı şəkildə yada salmaq və hər bir yerdə və hər bir halda. İkincisi isə Allahın adil məhkəməsinə diqqət etməkdir. Bütün əməllərin yazıldığı əməl dəftərini xatırlamaqdır. Bu iki məsələ bütün peyğəmbərlərin (ə) və İmamların (ə) həyat proqramının başında durmuşdur. Onun insanı necə pak saxlaması bu insanlardan aydın görünür. Şeytanın vəsvəsəsi ancaq imanı süst insanlara şamil edilmir. Şeytan dindar və təqva sahibi olanların da sorağına gedir. Təqva əhli isə şeytanın vəsvəsəsini eşidən zaman Allahı xatırlayır, nemətlərini xatırlayır, sonsuz rəhmətini xatırlayır, əzabını xatırlayır və ağrılı cəzasını xatırlayırlar. Elə bu zaman şeytanın qara oxları geri çəkilir və insan haqq yolunu görməyə başlayır. İnsan hansı yaşda və ya imanın hansı mərhələsində olursa-olsun, şeytanın vəsvəsəsi ilə qarşılaşır. Bəzən hiss edir ki, daxilində xüsusi bir qüvvə yaranıb və onu şiddətlə günaha tərəf çəkməkdədir. Bu vəsvəsələr cavanlıq dövründə daha çox olur. O mühit ki, fasiddir, orada şeytanın vəsvəsələri də çox olar. Bu vəsvəsələrdən tək nicat yolu isə özündə təvqanı inkişaf etdirməkdir. Şeytanın ən kiçik vəsvəsəsindən belə qafil olmaq olmaz. Özünü hər an şeytandan qorumalısan. Çünki o, sənin ən zəif anını güdməkdədir. Heç bir fürsəti ədlən verməz. Çünki şeytan çox güclüdür və Allahı və ibadətin yollarını yaxşı tanıdığı üçün insanı bu ikisindən uzaqlaşdırmağa cəhd edir. Çünki insan ancaq bu iki yolla: yəni Allahı yada salmaq və ibadət yolu ilə ondan uzaq dura bilər. Ona görə də bu müqəddəs ayda Allahdan istəyək ki, şeytanın vəsvəsəsindən bizləri uzaq etsin və heç bir zaman da Özündən qafil etməsin. (Deyerler.org) Oxşar xəbərlər
|