Göz - iblisin ən böyük silahıdır
Mьəllif: admin1
Tarix: 30-01-2023, 10:44
Göz - iblisin ən böyük silahıdır
Göz - şeytanın ixtiyarında olan ən böyük silahdır. Şeytan gözün vasitəsilə insanı vəsvəsə edər. Şeytan insanı hər an nəzarətdə saxlamağa çalışır. Bu yolda heç bir səydən əl çəkməz. O, öz hədəfinə çatmaq üçün müxtəlif yollardan və vasitəsilərdən istifadə edər. Onun ən mühüm vasitəsi - vəsvəsə etməkdir.

Şeytan Qiyamət günü insanlara deyəcəkdir: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi).

Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin.

İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır». ("İbrahim” 22).

Vəsvəsə müxtəlif cür baş verir. Onlardan biri - insanın gözü vasitəsilədir. İnsanda şeytan üçün mühüm olan şey - onun düşüncə və fikridir. Həyatında mühüm rola malik olan ruhudur. Ruhu onu ya qaldırar, ya da süqut etdirər. Ona görə də ruhu öz təsiri altına sala biləcək hər bir amil mühüm məsələdir.

Göz - qəlbin aynasıdır və birbaşa qəlbə yolu vardır. İmam Əli (ə) buyurur: "Qəlb, gözün kitabıdır”. (O şeyi ki, göz görər, qəlbdə əyləşər).

"Mömin kişilərə de ki, gözlərini yumsunlar”. ("Nur” 31).

Allah Təala bu ayədə buyurur ki, ey mömin kişi və qadınlar, gözlərinizi haramdan, fəsaddan yumun. Şeytan vahimə qüvvəsinin vasitəsilə insanın gözünü bağlayar və həqiqəti batil və batili həqiqət kimi ona göstərər.

İmam Əli (ə) buyurur: "Həqiqətən, şeytan yollarını sizə asan göstərər ki, sizin möhkəm din düyünlərinizi bir-birinin ardınca aça bilsin. Vəhdət yerinə dağınıqlığınızı artırsın”.

İmam Sadiq (ə) buyurur: "Nalayiq baxış şeytanın zəhərli oxlarındandır. Hər kim onu Allaha görə tərk edər, Allah ona elə bir rahatlıq verər ki, onun şirin dadını özündə hiss edər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Gözlərinizi haramlardan bağlayın ki, onun qəribəliklərini görəsiniz. Belə ki, zahiri gözü haramlardan nə qədər bağlasanız, nur gözünüz və qəlb mərifətiniz açılar. Batini gözü gücləndirər. Nəfsdə haqq elmi və yəqin maarifi hasil olar”.

İnsan gözünün haqq və hüququ vardır. Onun haqq və hüququna nəzər salaraq, şeytanın əlini bağlamaq olar.

Gözün haqqı budur ki, halal olmayan hər şeyə göz yumasan.

Baxdığın hər şeyə ibrət gözü ilə bax. Baxdığın hər şeyə görə təfəkkür et. Allahın nemətlərini və möcüzələrini görməyə çalış. Çünki bu təfəkkürün faydası çoxdur.

Gözümüzə nəzarət edək və şeytanın oxlarına tuş olmayaq.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930