Necə şadlanaq ki, İmamımız (ə.f) da şad olsun?
Mьəllif: admin1
Tarix: 22-02-2022, 23:33
Necə şadlanaq ki, İmamımız (ə.f) da şad olsun?
İmam Sadiq (ə) buyurur: “Bizim şiələrimiz - bizdəndirlər. Bizim narahatlıqlarımız onları qəmgin edər, şadlığımız onları şad edər”.

İmam Rza (ə) Riyan ibni Şəbibə buyurur: “Ey ibni Şəbib! Əgər behiştdə bizimlə birlikdə olmaq istəyirsənsə, bizim qəmimizdə qəmgin ol, bizim şadlığımızda şad ol!”.

İmamların (ə) şad günləri dedikdə mövludları və xoş günləri nəzərdə tutulur, o cümlədən Nimeyi-Şəban kimi.

Başqalarını şad etməyin İslam dinində əhəmiyyəti böyükdür. Belə ki, İmam Sadiq (ə) buyurur: “Sizlərdən heç kim güman etməsin ki, mömini şad edəndə ancaq onu şad etmişdir. Allahı, Allahın Rəsulunu (s) şad etmişdir”.

İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq: “Allah mömini qəbrindən məbus edən zaman onunla qəbrindən bir misal qalxar və qarşısında olar. O yerdə ki, mömin Qiyamətin qorxulu sənhələrini görər, həmin misal deyər: “Qorxma, qəm yemə. Allah tərəfindən olan şadlıq və kəramətə görə müjdəni al”.

O yerə qədər ki, Allah Təala dərgahında dayanar və ondan asan hesab çəkilər və buyurular: “Onu behiştə aparın”. Və həmin misal onun qarşısında olar.

Mömin ona deyər: “Allah rəhmət etsin, necə də yaxşısan ki, qəbrimdən mənimlə bayıra çıxdın və davamlı olaraq mənə Allah tərəfindən şadlığı müjdə verdin. Sən kimsən?”.

Həmin misal deyər: “Mən həmin şadlığam ki, dünyada mömin qardaşının ürəyinə salmışdın. Allah məni ondan yaratmışdır ki, sənə müjdə verəm”.

Bəs necə şadlanaq ki, İmamımız (ə.f) da şad olsun?

Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən sevimli iş - mömini şad etməkdir. Aclığını ondan uzaqlaşdırasan, ya giriftarlığını ondan qaytarasan”.

Bu gözəl bayram günlərində edə biləcəyimiz ən yaxşı işlərdən biri – yoxsulları və ehtiyacı olanları sevindirməkdir. Həmçinin cavanların və yeniyetmələrin bu bayramla bağlı biliklərini artırmaqdır.

Əhli-beyt (ə) davamçısı gərək İmamını (ə.f) tanısın, həm adını və nəslini, həm nurani maarifini, həm də mənəvi fəzilətlərini. Təbiidir ki, hər nə qədər bu bilgi çox olarsa, təsiri aşkar və İmamla (ə.f) olan qəlb rabitəsi daha möhkəm olar.

Biz bilməliyik ki, İmam Zaman ağa (ə.f) bütün bəşəriyyət üçün bir nemətdir. Ona itaət etmək - hər bir Əhli-beyt (ə) davamçısına vacibdir. Onun nurani varlığına görə biz sağıq və yaşayırıq. Allahın müxtəlif nemətlərindən faydalanırıq.

Ona görə də İmam (ə.f) üçün edə biləcəyimiz ən yaxşı hədiyyə - ətrafımızda olanların İmam (ə.f) barədə biliyini və mərifətini artırmaqdır. Nəticədə İmama (ə.f) olan sevginin artmasına səbəb olar.

Allah bəyənən şadlıq necə olmalıdır?

Əlbəttə, şad olmağın öz ədəb və qaydaları vardır.

1. Şadlıq məclisləri gərək günahdan uzaq olsun. Belə ki, İmam Sadiq (ə) buyurur: “Allahı qəzəbləndirməyin, insanlardan bir nəfərin razılığına görə. İnsanlara yaxınlaşmayın, Allaha uzaq olmaq vasitəsilə”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Möminə layiqli deyildir, o məclisdə əyləşsin ki, orada Allahın haram etdiyi günah edilər”. Bayramlarda haram musiqidən çəkinmək lazımdır.

2. Başqalarına əziyyət verilməsin. Şadlanmağın ədəblərindən biri də budur ki, başqalarına əziyyətlə bir yerdə olmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminə əziyyət verər, mənə əziyyət vermiş olar”.

3. Hədiyyə vermək. İslam dininin bayramlarının sünnətlərindən biri hədiyyə verməkdir. İmam Rza (ə) buyurur: “(Qədir-Xum günündə) Bu gündə qardaşlarına hədiyyə ver və şad et hər bir mömin kişi və qadını”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930