Məscidul-əqsa müsəlmanların ilk qibləsi olduğu zaman orada namaz qılınırdımı? Hansı tərəfə?
Beytul-müqəddəs müsəlmanların qibləsi olduğu zaman orada heç bir müsəlman yox idi və orada necə namaz qılınması ilə əlaqədar bəhs irəli sürülmürdü.
Amma sübut məqamında zahirən, onun hökmü Kəbə barəsində olan hökm kimi idi. Fəqihlər bu barədə buyurmuşlar: “Vacib namazları Kəbə evinin içində və onun damında qılmaq məkruhdur (bəyənilmir, savabı azdır), amma çarəsizlik hallarında eybi yoxdur. Müstəhəb namazı isə həm Kəbə evinin içində, həm də onun damında qılmağın işkalı yoxdur. Üstəlik Kəbə evinin daxilindəki hər sütunun müqabilində iki rəkət namaz qılmaq müstəhəbdir.” Bu cavabı verməzdən əvvəl iki məsələyə qeyd yetirmək zəruridir: 1. Qiblə hicrətin ikinci ilində (hicrətdən 18 ay keçəndən sonra şəban ayının orta günü) dəyişdirilmişdir və bu iş İslam Peyğəmbərinin (s) istəyi ilə[1] baş vermişdir.[2] 2. Beytul-müqəddəs hicrətin 16-cı ilində dinc yolla fəth edilmişdir.[3] Buna əsasən, həmin dövrdə Beytul-müqəddəs müsəlmanların qibləsi olsa da, o şəhərdə və “Əqsa” məscidində heç bir müsəlman yox idi ki, həmin yerdə necə namaz qılmaq məsələsi irəli çəkilmiş olsun. Amma sübut məqamında zahirən, onun hökmü eynilə Kəbə barəsində deyilən hökmdür. Kəbənin içində namaz qılmağın hökmü 1. Vacib namazların Kəbənin içində qılınması. Vacib namazları Kəbənin içində və onun damında qılmaq məkruhdur (bəyənilmir, savabı azdır),, amma naçarlıq şəraitində eybi yoxdur. 2. Müstəhəb namazların Kəbə daxilində qılınması: Müstəhəb namazları həm Kəbənin içində, həm də damında qılmağın eybi yoxdur, üstəlik Kəbənin daxilindəki hər sütunun müqabilində iki rəkət namaz qılınması müstəhəbdir.[4] [1] “Bəqərə” surəsi, ayə: 144: “Sənin (son qibləni müəyyən etmək üçün) asimana doğru dikilən intizarlı baxışlarını görürük. İndi səni, razı olduğun bir qibləyə doğru döndəririk. Üzünü Məscidul-hərama doğru döndər. Hər yerdə olsanız, üzünüzü ona tərəf döndərin. Səmavi kitab verilən şəxslər yaxşı-yaxşı bilirlər ki, bu, Allah tərəfindən verilən haqq bir fərmandır (və öz kitablarında oxumuşdular ki, İslam Peyğəmbəri iki qibləyə doğru namaz qılacaq). Allah onlardan (ilahi nişanə və ayələri gizlətmələrindən) heç də qafil deyildir.” [2] Təbəri, Məhəmməd ibni Cərir, “Tarixi Təbəri”, tərcüməçi: Payəndə, Əbul-Qasim, 3-cü cild, səh. 941, “Əsatir” nəşriyyatı, Tehran, beşinci çap, 1375-ci şəmsi il [3] Əbu Ömər Yusif ibni Əbdüllah ibni Məhəmməd ibni Əbdül-Birr, “Əl-istiy’ab fi mərifətil-əshab”, tədqiq: Əli Məhəmməd, Bəcavi, 3-cü cild, səh. 1417, Beyrut, “Darul-cəlil”, birinci çap, 1412-ci (1992) il [4] Mərcəyi-təqlidlərin bu barədəki nəzərləri ilə dəqiq məlumat əldə etmək üçün bax: “Tovzihul-məsail”, imam Xomeyninin (rəhmətullahi əleyh) haşiyəsi, 1-ci cild, səh. 498 və 499, məsələ 891 və 892 islamquest.net Oxşar xəbərlər
|