Fitr gecəsinin və gününün əməlləri
Mьəllif: admin1
Tarix: 10-04-2024, 00:20
Fitr gecəsinin və gününün əməlləri
Mübarək Ramazan ayı ilə vidalaşırıq, sabah Fitr bayramıdır. Lakin bu gecədən artıq edilməli xüsusi əməllər vardır

Bu gecənin və gününün əməllərini saytın izləyicilərinin diqqətinə çatdırırıq

1. Gün batana yaxın Qüsl almaq. (Niyyət: Allaha yaxınlaşmaq üçün Bayram gecəsinin qüslünü alıram.)

2. Gecəni namaz, dua və istiğfarla əhya saxlamaq.

3. İmam Hüseyn (ə) ziyarət etmək.

Gün:

1.Sübh namazından sonra bu zikri demək:

“Allahu əkbər Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər Allahu əkbər və lilləhil həmdu lilləhi əla ma hədana və ləhuş şukr əla ma əulana.”

2.Bayram namazında öncə fitrə-zəkatını çıxardaraq ehtiyacı olana vermək. (diqqət yetirmək lazımdır ki,fitrə-zəkatı vacibdir)

3.Bayram namazında öncə qüsl almaq (Niyyət: Allaha yaxınlaşmaq üçün Bayram qüslünü alıram), qüsldan öncə isə bu duanı oxumaq: “Allahummə, imanən bikə və təsdiqən bi kitabik,və ittibaə sunnəti nəbiyyikə Muhəmmədin səlləllahu ələyhi və alih.” Daha sonra “Bismillah” deyərək qüsl etsin.

Qüsldan sonra isə bu duanı oxusun: “Allahumməcəlhu kəffarətən lizunubi və təhhir dini, Allahummə izhəb ənni əddənəs.”

Gözəl paltarları geyinərək ətirlənmək və bayram namazından öncə xurma ilə iftar etməkdə təkid olunur.

Fitr və qurban bayramı namazlarının qaydası

Fitr və qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır.

Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.

Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: "Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun".


Ruhullah Novruzzadə

islamazeri.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031