İmam Mehdi (ə.f) əmniyyət mənbəyidir
İmam Mehdi (ə.f) buyurmuşdur: إنّي أمانٌ لأِهلِ الأرضِ كَما أنَّ النُّجُومَ أمانٌ لأِهلِ السَّماءِ “Ulduzlar səma əhlinin əmin-amanlıq mənbəyi olduğu kimi, Mən də yer əhlinin əmniyyət mənbəyiyəm.” [1] Hədisin şərhi: Bu kəlam İmamın (ə.f) İshaq ibn Yaqubun yazdığı məktuba verdiyi cavabın bir hissəsidir. İshaq bu məktubda qeybəçəkilmənin səbəbini soruşur. İmam (ə.f) qeybəçəkilmənin səbəbini açıqladıqdan sonra qeybdə olan imamın varlığının faydasız olmadığını qeyd edir. Ulduzlar səma əhlinin əmin-amanlığını təmin etdiyi kimi, imamın varlığı da yer əhlinin əmniyyətinin qarantıdır. Başqa bir mötəbər hədisdə bu məzmuna işarə olunaraq qeyd edilir ki, əgər yer üzü höccətsiz qalarsa, alt-üst olar və öz əhlini məhv edər. Hədisdə əmniyyət baxımından İmamın (ə.f) ulduzlara bənzədilməsinin bir neçə səbəbi vardır ki, onlardan ikisinə işarə edək: Obyektiv səbəblərə görə ulduzlar, onların düzülüş və yaradılış keyfiyyəti planetlər, qallaqtika və kəhkəşanların əmniyyət mənbəyi olduğu kimi, imam da yer əhlinin əmin-amanlıq mənbəyidir. Quran ayəsinə əsasən, Şeytanlar ulduzlar vasitəsi ilə səmadan qovulub səma əhlinin, o cümlədən mələklərin əmniyyətini təmin etdiyi kimi, imam da obyektiv və subyektiv səbəblərə görə yer üzərindən şeytanların qovulmasının, yer əhlinin və xüsusilə də insanların əmniyyətinin təminatçısıdır.[2] [1]Kəmalud-din, c/2, səh/458, hədis/10, Şeyx Tusi, əl-Ğeybə, səh/292, hədis/247, əl-İhticac, c/2, səh/284, İlamul-vəra,c/2, səh/272, Kəşfül-ğimmə, c/3, səh/340, ə-Xəraic vəl-cəraih, c/3, səh/1115, Biharul-ənvar, c/53,səh/181,hədis/10 [2]Əliəsğər Rizvani, Şərh çehl hədis əz həzrəte Məhdi (ə.f), Qum “elmiyyə-hövzəsi” müdiriyyət mərkəzinin nəşriyyatı Oxşar xəbərlər
|