Məadsız həyat mənasızdır
Mьəllif: admin1
Tarix: 14-06-2022, 22:49
Məadsız həyat mənasızdır
Biz inanırıq ki, dünyasını dəyişən bütün insanlar bir gün (Qiyamət günü), yenidən Allahın əmrilə diriləcəklər.

Və o gündə, onların əməllərinə baxılaraq, yaxşı və saleh əməl sahiblərini əbədi olaraq behiştə, pis əməl sahiblərini isə cəhənnəmə daxil edəcəklər.

Qurani-kərim buyurur: "Allahdan başqa tanrı yoxdur. Şübhəsiz baş verəcəyində heç bir şəkk olmayan Qiyamət günündə sizin hamınızı bir yenə yığacaqdır.” (Nisa, 87)

Yaxud Naziat surəsi 37-41 ayələrdə deyilir: "Tuğyan edən və bu dünya həyatını üstün tutanın yeri (yəqin bil) cəhənnəmdir.

Lakin Rəbbinin əzəmətindən qorxub nəfsini (öz pis) istəyindən qoruyanın yeri (yəqin bil) behiştdədir!”

Bu dünya bir körpüyə bənzəyir ki, bütün insanlar ondan keçərək, axirət dünyasına qədəm qoymalıdırlar.

Başqa bir ibarət ilə desək, bu dünya bir ticarət mərkəzinə (bazara), yaxud əkin yerinə oxşayır ki, onun mənfəətləri Qiyamət günü ələ gəlir, (bu dünyada əkdiklərini o dünyada biçirsən).

Əli (ə) buyurur: "Dünya, onunla sədaqətlə (düzgün şəkildə) rəftar edən kəslər üçün doğruluq və düzgünlük məkanıdır.

Ondan azuqə götürənlər üçün ehtiyacsızlıq sarayıdır. Ondan ibrət alanlar üçün agahlıq və ayıqlıq məkanıdır!

Dünya Allahın dostlarının məscididir! Dünya mələklərin namaz qıldığı yer, vəhyin nazil olduğu yer, həqq sevərlərin ticarət məkanıdır! Yalnız bu dünyada əncam verilən saleh əməllərin vasitəsilə behişti qazanmaq mümkündür!” ("Nəhcul-bəlağə”−qısa kəlamlar, 131).

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930