Dinimiz sehr və cadunu haram bilir, onlara əməl etməyi qadağan edir
Sehrin nə zaman yarandığına aid bir məlumat yoxdur. Ancaq onu demək olar ki, çox qədim zamanlardan bəri insanların arasında yayılmışdır.
Quranda 51 dəfə işlənən sehr sözünü araşdıraraq, bu nəticəyə gəlmək olur ki, Quranın nəzərinə görə sehr iki hissəyə bölünür: “Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar.) Beləliklə onların kəndir və əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı”. (“Taha” 66). Yəni, göz aldatmaq kimi əməllər sehr deyildir. “Dedi: «Siz atın». Beləliklə elə ki, (cadugərlik alətlərini) atdılar camaatın gözlərini (sehrlə) bağladılar və onları çox qorxutdular və böyük bir sehr yaratdılar”. (“Əraf” 116). Ancaq Quranın bəzi ayələri vardır ki, bildirir sehr həqiqətdir. “Və dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir»”. (“Muddəssir” 24). Bu ayədən belə nəticə çıxartmaq olar ki, əşyalara təsir qoya bilən sehr mövcuddur. “Və düyünlərə üfürən (cadugər) qadınların şərindən”. (“Fələq” 4). Bunu qeyd edək ki, sehrlərin bir çoxu avam insanların qarşısında əşyaların kimyəvi və fiziki xasiyyətindən istifadə edərək, nümayiş etdirilir. Misal üçün, Həzrət Musanın (ə) dövründəki cadugərlər öz kəndirlərinə bir qədər kimyəvi maddə sürtürdülər və bu kəndir günəş şüasının üstünə dəyməsi ilə qəribə bir görüntü verirdi. Tamaşaçılar elə bilirdilər ki, o, hərəkət edir. Bəs İslam dininin sehrə münasibəti necədir? Dinimiz sehr və cadunu haram bilir. Belə ki, İmam Əli (ə) buyurur: “O kəs ki, sehr öyrənər – az və ya çox kafir olar, Allahla olan rabitəsi tamamilə qət olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sehrbazın, ya kahinin, ya yalançının yanına gedər və dediklərini təsdiq edərsə – Allahın göndərdiyi bütün səma kitablarına görə kafir olmuşdur”. Beləliklə deyə bilərik ki, sehr və cadu bütün zamanlarda mövcud olmuşdur. Dinimiz həmişə ona qarşı olmuş və sehrlə məşğul olmağı qadağan etmişdir. (İslami saytlara istinadən). Oxşar xəbərlər
|