Bütün dəyərlərin bünövrəsi təqvadır
Mьəllif: admin1
Tarix: 14-06-2022, 22:35
Bütün dəyərlərin bünövrəsi təqvadır
Bəzən İslamda təqva, elm, cihad kimi bir çox şeylərin dəyər sayıldığı şərti ifadədir.

Əmirəlmöminin (ə) vəsiyyətində İmam Həsən (ə) və İmam Hüseynə (ə) müraciət edir. Həzrət İmam Həsən (ə) və İmam Hüseynə (ə) müraciət etməklə yanaşı başqalarını da nəzərdə tutmuş, öz xitabının dairəsini geniş götürmüşdür.

İmam Həsən (ə) və İmam hüseynə (ə) xitab etdikdən sonra buyurur: «Yazımın çatacağı hər kəsə!» Yəni son anlarda həzrətin yanında olmasalar da, onun vəsiyyətindən bütün xəbər tutanlara! Belə görünür ki, vəsiyyət yazılı şəkildə olmuşdur. Çünki «yazımın çatacağı hər kəsə» buyurulur.

Hər halda vəsiyyətin bu hissəsi bütün möminlərə, xüsusi ilə İmam Həsən (ə) və Hüseynə (ə), o cümlədən həzrətin digər övladlarına tapşırıqlardan ibarətdir. Vəsiyyətini təqvaya çağırışla başlayır.

Bəli, bütün dəyərlərin əsası təqvadır. Qurani-Kərim buyurur: «Həqiqətən, sizlərdən Allah yanında ən əzizi ən təqvalı (pəhrizkar) olanınızdır.» ("Hucurat", 13.)

Bu dəyər üçün nə ümumiləşdirmə var, nə də xüsusiləşdirmə. Yəni nə başqa bir şey təqvaya aid edilir, nə də təqvanın olmasına baxmayaraq istisnalar olunur.

Bəli, Allah yanında kəramət və üstünlük yalnız təqva yolu ilə qazanılır. Allah yanında təqvadan savayı kəramət səbəbi yoxdur. Eləcə də təqva olan yerdə əlavə bir şeyə ehtiyac duyulmur.

Təqvası çox olanın kəraməti də çox olacaq. Bəzən İslamda təqva, elm, cihad kimi bir çox şeylərin dəyər sayıldığı şərti ifadədir. Əslində yalnız bir meyar var və o da təqvadır.

Bütün digər işlər təqva sayəsində dəyərli olur. Məsələn, elm təqva şərti kimi dəyərlidir. Şeytani məqsədlərlə, şöhrət və sərvət üçün elm öyrənməyin heç bir faydası yoxdur.

Hətta bir şəxs yalnız elm xatirinə elm öyrənərsə İslami baxımdan dəyərli sayılmır. Allahın razılığı üçün olmayan, başqa sözlə, təqva meyarı ilə ölçülməyən istənilən bir iş İslam baxımından dəyərsizdir.

Bir daha qeyd edirik ki, İslamda bir mütləq dəyər məfhumu var və bu məfhum təqvadır. Digər əməllər təqvadan dəyər alır. Bu səbəbdən əksər moizələr təqvaya çağırışla başlayır.

Cümə namazı xütbələrində təqvaya çağırış vacibdir. Cümə xətibi hökmən hər iki xütbədə qarşı tərəfi təqvaya dəvət etməlidir. Bilərəkdən bu dəvəti tərk etmək olmaz.
Təqva digər dəyərlər üçün açar rolunu oynayır.

Başqa dəyərlərə sahib olmaq istəyən insan təqva qapısını açmalı, bu qapıdan keçməlidir. Başqa sözlə, bütün dəyərlərin ruhu təqvadır. Digər dəyərlər təqva ruhunun üfürülməsi üçün qəlibi xatırladır. Təqva ruhu olmadan bu dəyərlər boş qəlibdən başqa bir şey deyil.

İstənilən bir halda, istər əqli bəhs baxımından, istər təfsiri bəhs baxımından belə bir nəticə əldə edirik ki, İslamda yeganə mütləq dəyər təqvadır. Bu səbəbdən də Əmirəlmöminin (ə) silsilə nəsihətlərində növbəti dəfə təqvaya dəvət edir.
/nur-az/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930