İmam Hüseyn (ə) Həzrət Rüqəyyəyə (s.ə) nə dedi?
Mьəllif: admin1
Tarix: 2-09-2022, 10:24
İmam Hüseyn (ə) Həzrət Rüqəyyəyə (s.ə) nə dedi?
Həzrət Rüqəyyə (s.ə) İmam Hüseynin (ə) kiçik qızı idi və o, Şəban ayında dünyaya göz açmışdır. O, şəhid olan zaman 3 yaşı var idi.

Əbdülvəhəb ibni Əhməd Şafeyi yazır ki, Dəməşqin came məscidinin yanında bir hərəm vardır ki, onu İmam Hüseynin (ə) qızı Rüqəyyənin (s.ə) hərəmi kimi tanıdıblar.

Hərəmin qapısında olan daşın üzərində yazılmışdır: “Bu ev Ali-Muhəmməd (s) və İmam Hüseynin (ə) qızı Rüqəyyənin (s.ə) olduğu məkana girişdir”.

Həzrət Rüqəyyə (s.ə) elə bir ailədə böyümüşdür ki, atası, anası və qardaş-bacıları böyük bir fəzilətə və gözəl əxlaqa malik idilər. O, elə bir ailədə böyümüşdü ki, hamısı mərifət zülalından sirab olmuşdu.

Bu ailənin böyüklərindən tutmuş kiçiklərinə qədər hamısı hüsnü-əxlaq nümunəsi idi. Həzrət Zeynəbdən (s.ə) tutmuş, Əbülfəzl Abbası (ə), Əliəkbəri (ə) və İmam Səccadına (ə) qədər hamı misilsiz əxlaq sahibi idi.

Həzrət Rüqəyyə (s.ə) kiçik həyatında atası Həzrət Hüseynin (ə) ətəyində tərbiyə almışdı. Bu kiçik yaşı ilə tarixdə fədakarlıq və müqavimət nümunəsi kimi tanınmışdır.
İmamın (ə) qızlarının sayı haqqında tarixçilər arasında fikir ayrılığı vardır.

Onların əksəriyyəti iki qızının - Rüqəyyə (s.ə) və Səkinənin (s.ə) adını çəkir. Bəziləri isə qızlarının sayının 8 nəfər olduğunu söyləyirlər.

İmam (ə) qızlarının adını Fatimə və oğlanlarının adını Əli qoyurdu. Ona görə də Həzrət Rüqəyyəni (s.ə) Fatimeyi-Suğra adı ilə tanıyırdılar. Bəzi tarixçilər Rüqəyyə adı ilə rastlaşmadığına görə onun varlığını inkar edirdilər.

Ancaq Rüqəyyənin (s.ə) varlığını sübut edəcək iki güclü dəlil vardır. Biri odur ki, İmam (ə) üzünü xeyməyə tərəf tutur və buyurur: “Ey Zeynəb! Ey Səkinə! Ey övladlarım! Ey Rüqəyyə! Ey Ummi Gülsüm! Siz mənim yanımda Allahın əmanətisiniz. İndi mənim məadım gəlib çatmışdır”.

Başqa yerdə Həzrət (ə) bacısını və övladlarını sakitləşdirmək üçün buyurur: “Bacım, Ummi Gülsüm və ey Zeynəb! Sən ey Rüqəyyə, Fatimə və Rübab! O zaman ki, məni öldürəcəklər, mənim üçün ağlamayın, üzünüzü cırmayın. Yersiz söz deməyin”.

Beləliklə, Rüqəyyənin (s.ə) varlığını bu iki hədis sübut edir. Dəqiqliklə deyə bilərik ki, İmam Hüseynin (ə) Həzrət Rüqəyyə (ə) adlı bir qızı olmuşdur.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930