İmam Əlinin (ə) mübarək dilindən münafiqlərin 16 xüsusiyyəti barədə
Mьəllif: admin1
Tarix: 28-03-2022, 21:49
İmam Əlinin (ə) mübarək dilindən münafiqlərin 16 xüsusiyyəti barədə
Tarix boyu insanlar zaman-zaman əxlaqı xəstəlik olan nifaqa düçar olmuşlar. Bu yolda çox sayda zərər çəkmişlə. Quranda da nifaq haqqında çox sayda ayə vardır.

İmam Əli (ə) də şəxsən münafiqlərin güclü müxalifliyinə məruz qaldığı üçün, onların hiylələrini canı ilə hiss etdiyi üçün bu mövzunun əhəmiyyətli bilmiş və münafiqlərin simasındakı pərdəni götürmüşdür. İnsanların diqqətini onların çirkin həqiqətlərinə tərəf cəlb etmişdir.

İmam Əli (ə) "Nəhcul-bəlağə”də nifaq əhlinin bir çox sifətlərinin adını çəkmişdir. Bu gün münafiqləri tanımaq üçün bu çox mühüm və zəruridir.

1. Yolunu azmaq. İmam Əlinin (ə) münafiqlər üçün saydığı ilk sifət - yolunu azmaqdır. Onlar həm özləri yolunu azıblar və həm də başqalarını həqiqi yoldan azdırırlar. "Onlar yolunu azıb və yolunu azdırandırlar”.

2. Xatakarlıq. Onların ikinci sifəti - xatakarlıqdır. Onlar haqq yolunda xata işlədər və başqalarını da xataya sövq edərlər. "Münafiqlər xatakar və xataya sövq edənlərdir”.

3. Cürbəcür rəngdə olmaq. Münafiq həyatında və etiqadında daima şübhə içində olur. Bu sahədə möhkəmliyi və sabitliyi yoxdur. Heç bir əqidəyə və məktəbə tabe deyildirlər. Ona görə də özünün başqaları ilə gündəlik ünsiyyətində hər gün bir rəngə boyanar.

İmam (ə) buyurur: "Müxtəlif rənglərlə boyanarlar, müxtəlif fitnələr törədərlər”.

4. Yoldan azdırmaq üçün tələ qurmaq. Onların daimi dayaqları yoxdur, hər gün və hər bir şəraitdə özlərinə uyğun olan vasitələrdən istifadə edərlər.

İmam (ə) buyurur: "Münafiqlər hər bir aşkar və gizli vasitədən sizə zərbə vurmaq üçün istifadə edərlər. Hər bir tələ başında sizi güdərlər”.

5. Xəstəqəlbli və zahirə önəm verən. İmamın (ə) buyurduğu kimi, münafiqlər həmişə zahirlərinə diqqət edən olur, bəzənirlər. Eyni zamanda batinləri napak və fasiddir.

İmam (ə) buyurur: "Onların qəlbləri xəstə və zahirdə isə bəzənmişdilər”.

6. Gizli hərəkətlər. Münafiqlərin başqa sifətlərindən biri də odur ki, onlar gizli hərəkət edər və daxilə sirayət edərlər. İmam (ə) buyurur: "Gizlində addım atarlar, xəstəlik kimi bədənə nüfuz edərlər”.

7. Danışıqları dərman, rəftarları isə dərman qəbul etməz dərddir. İmam (ə) buyurur: "İzahları dərman, sözləri şəfabəxş edər. Ancaq əməlləri dərman qəbul etməyən dərddir”.

8. Düşüncələri dar olar və məyusluq icad edər. Münaifqlərin xüsusiyyətlərindən biri də odur ki, möminlərin sevincindən narahat və onların narahatlıqlarından xoşhal olurlar. Onların rahatlığı paxıllıqlarına səbəb olar. Onları məyus etməklə iradələrini zəiflətmək istəyirlər.

İmam (ə) buyurur: "İnsanların rifahına paxıllıq edər, insanların ümidini naümid edərlər”.

9. Oğrunun şərikidirlər. Münafiqlər heç bir məkətəbə etiqad bəsləmirlər. Ona görə də şəraitdən asılı olaraq, onların davranışı dəyişir. Onların, hər bir qəlbi fəth etmək üçün öz yolları vardır.

İmam (ə) buyurur: "Onların hər bir qəlbə yolları vardır. Hər bir müsibətə yalançı göz yaşı tökərlər”.

10. Mədhi və tərifi borc verərlər. Münafiqlərin başqa bir xüsusiyyəti odur ki, bir-birini tərfləyər və mədhi bir-birinə borc verərlər.

İmam (ə) buyurur: "Bir-birini tərifləyər və mükafat və onun kimisinin intizarında olarlar”.

11. Tərslik və inadkarlıq. İmam (ə) buyurur: "Nə zaman bir şeyi istəyirlər, ona görə inadkarlıq edərlər”.

12. Tək olan zaman rüsvayçılıqla məşğul olarlar. Münafiq öz eyblərini gizlətmək üçün qarşı tərəfi rüsvay etməklə məşğul olar. Onun abrını aparar və eyblərini faş edərlər. İmam (ə) buyurur: "Əgər tənqid edilsələr, başqasını rüsvay edərlər”.

13. Hökm çıxaran zaman xəyanət edərlər. Onların nəzərinə görə, hər şey qara və ya ağ olmalıdır. Onlar möminlərdə kiçik xata görən zaman onları qara siyahıya salarlar. Ancaq öz əqidələrində olanların xatalarını gözrməməzliyə vurarlar.

İmam (ə) buyurur: "Əgər bir məsələdə hökm çıxartsalar, zülmdə israf edər, xəyanət yolunu gedərlər”.

14. Batil hədəfləri üçün proqram qurarlar. Münafiqin sabit əqidəsi olmadığından, öz hədəfinə çatmaq üçün müxtəlif planlar qurur. Öz rəqiblərini məhv etmək üçün proqram qursun.

İmam (ə) buyurur: "Onlar hər bir haqqın qarşısında batili, hər bir düz yolun qarşısnda əyrini, hər bir diri qarşısında qatili hazır edərlər. Hər bir dərd üçün açar, hər bir gecə üçün çıraq hazır edərlər”.

15. Dünya nemətlərinə qarşı meylsiz oldüqlarını bildirərlər. Onlar hiylə işlədərək, qəlblərə nüfuz edər, dünyaya meylsiz oldüqlarını bildirərlər.

İmam (ə) buyurur: "Öz bazarlarını qızışdrımaq üçün meylsiz olduqlarını bildirər və mallarını məsrəf edərlər”.

16. Haqq və batili qarışdırmaq. Bu insanlar davamlı olaraq, haqqı batilə qarışdırırlar. Sadə düşüncəli insanların dar küçələrdə yollarını azdırırlar. Bu yoldan geriyə yol yoxdur.

İmam (ə) buyurur: "Danışıqları şübhəlidir, danışan zaman haqqı batilə qarışdırırlar. Öz istəklərinə çatmaq yolunu asan və ondan çıxmaq yolunu dar və dərə-təpə düzəldərlər”.

İmam Əli (ə) münafiqləri şeytanın dəstəsi adlandırır. Həzrət (ə) buyurur: "Onlar şeytan qrupu və cəhənnəm atəşinin şöləsidirlər”.

Necə ki, Allah Təala buyurur: "Şeytan onlara hakim olub, Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Agah ol ki, şeytan firqəsi həmin ziyankarlardır”. ("Mücadilə” 19).




(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930