Behişt əhli olmaq istəyən 7 saleh əməldən yapışmalıdır
"Kafirlər üçün şiddətli bir əzab vardır, iman gətirənlər və yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır”. ("Fatir” 7).
Allah Təala buyurur ki, günah - cəhənnəmə getmək üçün bir səbəbdir. Amma behiştə getməyin də dəqiq səbəbləri var. "Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir)çünki, Allah (bəşəri dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə olan təəssüflər və kədərlər üzündən canın əldən gedə! Allah onların nə etdiklərini biləndir”. ("Fatir” 8). İnsanların cəhənnəm əhli olmaqlarının ən mühüm səbəbi – nəfsani meylləri və şəxsi istəkləridir. Tarix göstərir ki, insanların bir çoxu həyatını nəfsani istəkləri üzərində qururlar. Bu insanlar dnüya arzularından doymurlar və İlahi nemətlərə qənaət etmirlər. Bu insanlar cəhənnəmə daxil olan zaman Allah cəhənnəmə buyurar ki, indi doydunmu? Cəhənnəm deyər: Yox. Bu, iman əhli üçün təhlükə zəngidir. Möminlər gərək ayıq olsunlar və özlərini haramdan halal vasitəsilə qorusunlar. Necə ki, duada deyilir: "Allahım, məni halalınla haramından ehtiyacsız et”. Quran əbədi behişti saleh insanların və təqva əhlinin əbədi mükafatı adlandırır və cəhənnəmi kafirlərin yeri kimi tanıdır. Behişt elə bir yerdir ki, Allah saleh insanlar üçün hazır etmişdir. "Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin”. ("Ali-İmran” 133). Beləliklə deyə bilərik ki, hər bir yaxşı əməl ki, Allah rizası üçün olar insanı behiştə tərəf aparar. Bəzi yaxşı əməllərə insan ağılı hidayət edər, bəzilərinə isə Allah əmr edər. Quran və hədislərin buyurduğu saleh əməllərdən bəzisini tanıyaq: 1. İman və saleh əməl. İman və saleh əməl insanı behiştə aparar və Quran bu haqda buyurur: "İman gətirən və yaxşı işlər görən kəslər isə cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. ("Bəqərə” 82). 2. Təqva. Təqva insanı günahdan saxlayar. Səbəb olar ki, insan vacibatlara və müstəhəb əməllərə daha çox diqqət göstərsin. "Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar”. ("Hicr” 45). 3. Allaha və Rəsuluna (s) itaət etmək. Hər kim Allaha və Rəsulunun (s) buyurduqlarına əməl edərsə, Allah onu behiştə aparar. 4. Doğruluq və düz danışmaq. Doğru danışan insanın və təqva əhlinin müştərək sifətləri vardır. O cümlədən: Allaha və məada, mələklərə, kitaba, İlahi peyğəmbərlərə (ə) iman bəsləmək, yetimlərə və yoxsullara infaq etmək, namaz qılmaq, zəkat vermək, əhdə vəfa etmək çətinliklərdə səbir etmək kimi. "Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını, çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir)”. ("Bəqərə” 177). 5. Namaz qılmaq. O kəslər ki, heç bir zaman namazı tərk etmirlər və onu əda etmək üçün vaxtlarını sərf edirlər və onun həqiqətini dərk ediblər, yerləri əbədi behiştdir. "O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar.Məhz onlar (ali və xoşagələn) cənnətlərdə ehtiram olunacaq kimsələrdir”. ("Məaric” 34-35). 6. Allah yolunda infaq etmək. Allah yolunda malını infaq etmək - bəyənilən əməllərdəndir ki, insanı behiştə apara bilər. Ən yaxşı infaq elm, bilik, əhkam və dini maarifdir. 7. Allah yolunda şəhid olmaq. O kəs ki, ən əziz sərmayəsi olan canını Allah yolunda qurban verər, məqamı uca olar. Allah bu insanları behiştində bəhrələndirər. "Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. ("Ali-İmran” 169). /Deyerler.org/ Oxşar xəbərlər
|