İmam Zamanın (ə) bizlərə tövsiyələri ilə tanış olaq
Vəhdət, təqva, nemətlərə əmanət kimi yanaşmaq, izzət, ixlas, şəkdən uzaq olmaq, yəqinlik – İmam Zamanın (ə) bizlərə tövsiyələri...
1. Əhli-beyt (ə) davamçıları arasında vəhdətin zəruriliyi. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: "Allah onları bizim bərəkət və duamıza görə cəm edəcəkdir, əgər Allah istəsə". İmam Zaman ağanın (ə.f) arzusu budur ki, davamçıları birlikdə olsunlar və vəhdət təşkil etsinlər. Dağınıq olmaqdan çəkinsinlər. 2. Allah heç kəslə qohum deyildir. İmam Zaman ağa (ə.f) buyurur: "Allah Təala ilə heç kəs arasında qohumluq mövcud deyildir". 3. Təqva - fitnədən amanda qalmağın mənbəyidir. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: "Həqiqətən, sənin hər bir din qardaşın İlahi təqvalı olsun və ona haqqı olduğu kimi əməl edərsə, o, yolunu azdıran fitnədən amanda olar". Bəli, fitnədən ancaq təvqalı insanlar amanda qala bilər. 4. Allahın nemətləri – əlimizdə olan əmanətlərdir. İmam Zaman ağa (ə.f) buyurur: "Əhli-beyt (ə) davamçılarından hər kəs Allahın ona verdiyi əmanətdən qohumuna simiclik edərsə, bu işi ilə dünya və axirətdə ziyan görər". 5. İnsanın izzəti – Allaha itaətdədir. İmam Zaman ağa (ə.f) buyurur: "Allah onları itaətlərinə görə əziz tutur". 6. Dində ixlas. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə buyurub: "Salam olsun sənə, dində muxlis olan yavər". Şeyx Mufid çox ixlaslı bir alim olduğu üçün İmam (ə.f) onu belə mədh edir. 7. Hidayət olandan sonra yolunu azmaq mümkündür. İmam (ə.f) buyurur: "Mən Allaha pənah aparıram görəndən sonrakı korluqdan və hidayətdən sonrakı yolunu azmaqdan". İmam (ə.f) bu sözləri ilə bizi ayıltmaq istəyir ki, hidayət olmaqla iş bitmir, gərək yolunu azmaqdan özünü qoruyasan. 8. Şəkdən uzaq olmaq. İmam (ə.f) buyurur: "Ey Əhli-beyt (ə) davamçıları! Sizə nə olub ki, şəkdə şübhə edirsiniz". İnsanın kamal yolunu bağlayan amillərdən biri də şəkk və şübhədir. İnsan şəklərindən xilas olmalıdır ki, kamala çata bilsin. 9. Yəqin ruhu. İmam (ə.f) buyurur: "Allah bizə və sizə yəqinlik ruhu inayət etsin". İnsan üçün ən yaxşı hal – yəqin məqamına çatmaqdır. İnsanın hər bir sahədə yəqinliyə çatması onu kamala çatdırar. 10. Axirətə yaxın olmaq. İmam (ə.f) buyurur: "Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və məni axirətlə mənus et". İnsan gərək dünyaya bel bağlamasın. Çünki fani və keçicidir. Axirət insan ürəyinə təskinlik verə bilər. Oxşar xəbərlər
|