Ümumdünya ədalət hökumətinin fəlsəfəsi
Ümumdünya ədalət hökumətinin zəruriliyi fitrət yolu ilə necə sübuta yetir?
Cavab: Bəşəriyyətin xilaskarının zühururuna inam bütün insanlarda mövcuddur. Belə bir düşüncə əsl insani xarakterdən qaynaqlanır. Çünki bəşəriyyət fitrətən əhatəli kamilliyə çatmaq istəyindədir. O bilir ki, belə bir kamal yalnız tövhidi ədalət hökumətinin sayəsində gerçəkləşə bilər. Şəhid Sədr buyurur: “Mehdiyə etiqad təkcə dini çalarlı İslami bir inanc deyil. Bu inanc müxtəlif məzhəblərdən, firqələrdən olan insanların arzu-istəklərinə cavab verir. Bu inam xalqın fitri ilhamının təcəllasıdır. İnsanlar aralarındakı əqidə və məzhəb ixtilaflarına baxmayaraq inanırlar ki, yer üzündə vəd olunmuş gün çatacaq və səmavi risalətlərin (missiyaların) son məqsədi həyata keçəcək...” (“Bəhse-həvlul-Məhdi (ə)”, s. 7, 8.) Dəlillər fitrəti müxtəlif bəyanlarla məlumatlandıra bilər: 1-Birinci bəyan: a) İnsan öz daxilində ümumdünya tövhidi ədalət hökumətinə ehtiyac duyur; b) Bu hökumət mövcud olmalıdır. Bu həqiqətə olan meyl təyindirsə, şübhəsiz ki, təyin olunan da olmalıdır; v) Bu həqiqətin kamil nümunəsi həzrət Mehdinin (ə) hökumətidir. Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir. İkinci bəyan: a) İnsan dünyanın bugünkü vəziyyətindən məyus olub üstün bir hökumət ümidi ilə yaşayır; b) Belə bir ümid uyğun hədəfin gerçəkləşməsi üçün dəlildir. Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir. Üçüncü bəyan: a) İnsan fitrətən zülmə nifrət edir; b) İnsan nifrət etdiyi şeyin məhvindən şadlanır; v) Bəşər təklikdə bu işin öhdəsindən gələ bilməz. Nəticə: Proqram və işində zülmdən əsər-əlamət olmayan hökumətin bərpası zəruridir. nur-az.com Oxşar xəbərlər
|