Cümə gününün fəzilətlərindən qafil olmayaq
Mьəllif: admin1
Tarix: 29-11-2019, 10:54
Cümə gününün fəzilətlərindən qafil olmayaq

Cümə günü müqəddəs və fəzilətli gündür. Həzrət Peyğəmbər (s) cümə gününü “günlərin sərvəri” adlandırmışdır.

Cümə gününün fəzilətlərinə bunlar aiddir:
1. Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, cümə gününün gündüz ilə gecəsi 24 saatdır. Onun hər saatında Allah cəhənnəmdən 600 min nəfəri azad edir.

2. İmam Sadiqdən (ə) nəql edilir ki, hər kim cümə axşamının zöhründən cümə gününün zöhrünə qədər ölərsə, Allah onu qəbir əzabından saxlayar.

3. İmam Sadiqdən (ə) nəql edilir ki, cümənin böyük haqq və hörməti vardır. Bəs onun haqqını zay etməyin. Allahın ibadətindən heç bir şeyi boş buraxmayın və yaxşı işlər görərək, Pərvərdigara yaxınlaşın. İlahi haramları boş buraxın. Çünki bu günü Allah yaxşılıqları ikiqat edər və günahların cəzasını məhv edər.

4. İmam Sadiqdən (ə) nəql edilir ki, cümə gecəsi fəzilət baxımından gündüzü kimidir. Həqiqətən, Allah Təala cümə gecəsi mələkləri möminlərə hörmət etmələri üçün birinci səmaya göndərər ki, həsənələrini artırsın. Günahlarını bağışlasın. Ona görə də nə qədər bacarırsınızsa, cümə gecəsini oyaq qalın. Səhərə qədər dua edin.

5. Başqa yerdə İmam Sadiq (ə) buyurur ki, o zaman ki, cümə gecəsi gələr, balıqlar dənizdən başlarını qaldırar. Pərvərdigara səslənər ki, Allahım, insanların günahına görə bizə əzab vermə.

6. İmam Baqirdən (ə) nəql edilir ki, Allah Təala hər cümə gecəsi bir mələyi məmur edər ki, ərşin yuxarısından səslənsin ki, elə bir mömin bəndə vardırmı ki, ruzisi az olsun. “Cümə gününün səhəri açılmamışdan qabaq Məni çağırsın və Mən də ruzisini artırım”.

“Mömin bəndə xəstə olarsa, cümə gününün səhəri açılmamışdan qabaq Məndən şəfa istəsin. Əlbəttə səhər açılmamış ona salamatlıq əta edərəm”.

“Əgər mömin bəndə zindandadırsa, cümə günü səhər açılmamışdan qabaq Məndən azad olmasını istəsin və əlbəttə, duasını yerinə yetirərəm”. Bu mələk səhərə qədər nida edər.

7. İmam Əlidən (ə) nəql edilir ki, buyurub: “Cümə gününün fəzilətlərindəndir ki, hər kəs o günü Allahdan hacət istəyər, böyük Pərvərdigar onu yerinə yetirər. Əgər kimsə əzaba layiqdirsə, cümə günü və gecəsi dua edərsə, Allah onu həmin əzabdan qurtarar”.

Cümə gecəsi bəyənilən əməllər:

1. Təsbihati-ərbəəni (Sübhənallah, Əlhəmdulilləh, Lə iləhə illəllah, Allahu Əkbər) çox demək.

2. Çoxlu istiğfar etmək.

3. “Bəni-İsrayil”, “Kəhf”, “Səcdə”, “Yasin”, “Sad”, “Əhqaf”, “Vaqiə”, “Dəxan”, “Tur”, “Cümə” surələrini oxumaq. Əgər vaxtınız yoxdursa, “Vaqiə” və ondan əvvəlki surəni oxuyun.

4. Məğrib namazının birinci rükətində “Cümə” surəsini və ikinci rükətini isə “Tövhid” (“İxlas”) surəsini oxuyun. İşa namazının ikinci rükətində “Əla” surəsini oxuyun.

5. Möminlərə görə dua edin. Həzrət Fatimə (s) buyurur ki, hər kim on nəfər üçün bağışlanma diləyərsə, behişt ona vacib olar.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930