Həyatımızı çətinləşdirən amil
“Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır”. (“Taha” 124).
Allah Təala Musaya (ə) buyurur: “Ey Musa! Heç bir halda Məni unutma. Çoxlu mal və dövlətə görə sevinmə. Məni unutmaq qəlbləri sərtləşdirər, çoxlu sərvət çoxlu günahla bir yerdə olar”. Əllamə Təbatəbai bu haqda buyurur: “Hər kim Allahını unudar, Onu xatırlamaz - onun üçün dünyaya diqqət etməkdən və onu öz hədəfi qərar verməkdən başqa yol qalmaz. Onu əldə etmək üçün çalışar, bütün qəm və səyi həyatını qurmaq, onu genişləndirmək və ondan bəhrələnmək üçün olar”. Belə bir insanın həyatı daxili ehtiyaclarına cavab verə bilməz. Çünki insan bu dünyadan hər nə qədər əldə etsə də, artığını istəyər. Bəzən insan hərisliyinin qarşısını ala bilməz. Ona görə də əldə etmədiklərinə görə həmişə narazı və narahat olar. Başqa bir tərəfdən isə müxtəlif bəlalara, ölümə, pis insanların fitnələrinə görə iztirab çəkər və davamlı olaraq qərarsız və nigaran olar. İnsan əgər Allahın məqam və əzəmətini bilsə, daima Onu xatırlayar, Onunla rabitəsini kəsməz, Onu unutmaz. İnsan bu zaman İlahi dənizə qoşulan bir damcıya çevrilər. Belə bir halda yəqin edər ki, Pərvərdigarı yanında həyat cavidandır. Həmişəlik izzət və sonsuz kəramət onu gözləyir və başa düşər ki, bu dünya keçicidir. Axirətlə müqayisədə bir heçdir. İnsan əgər belə düşünərsə, dünyada ona nəsib olanlarla qənaətlənər və özünü çətinliyə salmaz. (Deyerler.org) Oxşar xəbərlər
|