İmam Hüseynin (ə) inqilabi hərəkatında mühüm amillər
İmam Hüseyn əleyhissəlamın nəzərincə belə bir şəraitdə müsəlman xalq bu kimi hadisə və cərəyanlar qarşısında sakit qalmamalıdır
İmam Hüseynin (ə) inqilabi hərəkatında üç əsas amilin mühüm rolu olmuşdur. Ümumiyyətlə həmin üç mühüm amil bu böyük hadisəni formalaşdırmışdır. Bu mühüm tarixi hadisəni təfsir edib həqiqi mahiyyətini başa düşmək olduqca çətindir. Tarixdə də bu sahədə ətraflı məlumat verilməmişdir. Bu böyük hadisəyə sbəbə olan amillərin mürəkkəbliyinə hərə onu bir cür aydınlaşdırmış, bəziləri də ondan sui-istifadə etmişlər. Biz bu hadisədə müxtəlif məsələlərlə qarşılaşırıq. Məsələn, bir yerdə görürük ki, imam Hüseyn (ə) ondan beyət etməsini istəyənlərin sözünü rədd edərək bu təklifə boyun əymir, başqa bir yerdə də kufəlilərin dəvətini qəbul edir. Bəzən də görürük ki, İmam beyət və dəvət məsələsini nəzərə almayaraq hökumətin mövcud vəziyyətini tənqid edir və fəsadın geniş surətdə yayılmasını xəbər verir. O həzrət, islam qununlarının təhrif olunmasından, halal işlərin haram, haramların isə halal edilməsindən söz açır. İmam Hüseyn əleyhissəlamın nəzərincə belə bir şəraitdə müsəlman xalq bu kimi hadisə və cərəyanlar qarşısında sakit qalmamalıdır. Görürük ki, imam nə beyətdən və nə də dəvətdən daşınır. O, nə Yezidin ondan istədiyi beyət və nə də kufəlilərin dəvət məsələsini bəyan edir. Görəsən bunun səbəbi nə imiş? Görəsən məsələ beyət və dəvət idi, yoxsa çirkin əməllərin yayılmasına qarşı etiraz və tənqid məsələsi? Görəsən həqiqət nə idi?! Bu məsələni hansı nöqteyi-nəzərdən araşdırmalıyıq?! Bundan əlavə, görəsən Yezidin dövrü ilə Müaviyə dövrü arasında nə kimi fərqlər var idi? Nə üçün imam Hüseyn əleyhissəlam Yezid ilə sülh etməyə hazır olmadı və belə bir sazişi heç bir şəkildə qəbul etmədi? Həqiqət budur ki, qeyd etdiyimiz səbəblərin hamısı imam Hüseyn əleyhissəlamın hərəkatında öz təsirini göstərmişdir. İmam bütün bu amillər qarşısında əks-əməl göstərmişdi. Onun həyata keçirdiyi işlər beyətdən imtina etmək, kufəlilərin dəvəti və yaxud fəsad və pozğunluğa qarşı mübarizə aparmaq əsasında olmuşdur. nur-az.com Oxşar xəbərlər
|