Hansı İmamın, başqa İmamlara nisbət məxsus sifətləri və xüsusiyyətləri vardır?
Məzhəbi təlimlərə əsasən Məsum İmamların iki cür heysiyyəti və varlığı vardır. Biri nurani, o biri isə cismani.
Nurani varlıq cəhətindən onların hamısı birdirlər, amma cismani və dünyəvi varlıq cəhətindən zaman və məkanın şəraitinə uyğun olaraq onardan hər birinin məxsus xüsusiyyətləri vardır. Məsələn: İmam Əli (ə) şücaət və xitabədə, İmam Hüseyn (ə) cihad və şəhadətdə, İmam Baqir və Sadiq (ə) təlim və tərbiyədə və İmam Kazım (ə) zindana dözməkdə və s.... Bu xüsusiyyətlər məxsus şəraitə əsasən onlarda formalaşıbdır. Busifətlər başqalarında da olubdur. Demək olmaz ki, İmamlardan (ə) biri məxsus bir sifətə malikdir ki, başqalarında yoxdur. Demək lazımdır ki, bizim hədislərdə İmamların (ə) bu dünyadakı yeri və rütbəsi onların imamətinin tərtibinə əssən qeyd olunubdur. Məzhəbi təlimlərə əsasən məsum İmamların iki cür heysiyyəti və varlığı vardır. Biri nurani, o biri isə asimani. Nurani varlıq cəhətindən onların hamısı birdirlər,[1] amma cismani və dünyəvi varlıq cəhətindən zaman və məkanın şəraitinə uyğun olaraq onlardan hər birinin məxsus xüsusiyyətləri vardır. Məsələn: İmam Əli (ə) şücaət və xitabədə, İmam Hüseyn (ə) cihad və şəhadətdə, İmam Baqir və Sadiq (ə) təlim və tərbiyə də və İmam Kazım (ə) zindana dözməkdə və s.... Bu xüsusiyyətlər məxsus şəraitə əsasən onlarda formalaşıbdır. Bu sifətlər başqalarında da olubdur. Demək olmaz ki, İmamlardan (ə) biri məxsus bir sifətə malikdir ki, başqalarında yoxdur. Demək lazımdır ki, bizim hədislərdə İmamların (ə) bu dünyadakı yeri və rütbəsi onların İmamətinin tərtibinə əsasən qeyd olunubdur. Nümunə ünvanında bir neçə hədisə işarə edirik: 1.İmam Sadiq (ə) buyurub: Hər kim Əmirəl- mömininin Əlinin (ə) riyazətini tərk edə Allah- Taala ona nəzər etməz. Mələklər və Peyğəmbərlər riyazət edən şəxsi ziyarət etmirsən? Həqiqətən Əmirəl- möminin bütün İmamlardan üstündür.[2] 2. Hişam ibn Salim deyir: Həzrət Sadiqə (ə) dedim: İmam Həsən (ə) fəzilətli və üstündür yaxud İmam Hüseyn (ə)? Buyurdu: İmam Həsən, İmam Hüeyndən fəzilətlidir. Dedim: Bəs nəyə görə İmamət, o həzrətdən (ə) sonra İmam Hüseynin (ə) övladlarında davam tapdı və İmam Həsənin (ə) övladlarına yetişmədi? Buyurdu: Allah- Taala istədi Musa və Harunun (ə) adəti (ənənəsi) o ikisinin haqqında da icra oluna. Baxmayaraq ki, onun hər ikisi nübüvvətə şərik idilər necə ki, İmam Həsən və İmam Hüseyn (ə) İmamətdə şərik idilər. Allah-taala nübüvvəti Musanın övladlarında deyil Harunun övladlarında qərar verdi. Baxmayaraq ki, Musa Harundan fəzilətli və üstün idi. Dedim: Eyni vaxtda iki İmamın olması mümkündürmü? Buyurudu: Xeyr. Ola bilər o ikisindən biri sakit otura və öz zamanının İmamından itaət edə və ikincisi onun rəhbəri ola. Amma hər ikisi eyni zamanda İmamətə məmur ola bilməz.[3] 3. Ənəş rəvayət edir ki, Həzrət Sadiqdən (ə) soruşdum: Peyğəmbərdən (s) sonra ən üstün və xilafətə layiqli şəxs kimdir? Buyurdu: Əli ibn Əbi Talib, ondan sonra Həsən, sonra Hüseyn (Allahın rəsulunun (s) nəvələri və qadınların ən yaxşısının övladları), sonra Əli ibnil- Hüseyn, sonra Məhəmməd ibn Əli, ondan sonra Cəfər ibn Məhəmməd, sonra hidayət olmuş və hidayət edən İmamlar; çünki səbr, iffət və düzgünlük, islah etmək və çalışmaq, əmanətdarlıq (hər bir kəsə), uzun səcdə etmək, gecəni ibadətə məşul omaq, haramdan uzaqlıq, fərəcin (xilas olmanın) intizarın çəkmək, xoşrəftarlıq və qonşuluğu riayət etmək, onlardadır.[4] Daha çox agahlıq üçün aşağıdakı göstəricilərə müraciət edin: Psixoloji və bəşəri baxışda İmamların arasındakı fərq 12183 (sayt: 11944). İmam Həsən, hidayət çırağı və nicat gəmisi. 10875 (sayt: 10731). Həzrət Məhəmməd (s) və Əlinin (ə) nurani vəhdəti (birliyi). 7840 (sayt: 8095). [1] - Əllamə Məclisi, Biharul- ənvar, cild 26, səh 16, Əl- vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri. «... فَقَالَ الْإِمَامُ (عَلِيُّ بْنُ الْحُسَيْنِ)(ع) لَا تَعْجَبُوا مِنْ قُدْرَةِ اللَّهِ أَنَا مُحَمَّدٌ وَ مُحَمَّدٌ أَنَا وَ قَالَ مُحَمَّدٌ يَا قَوْمُ لَا تَعْجَبُوا مِنْ أَمْرِ اللَّهِ أَنَا عَلِيٌّ وَ عَلِيٌّ أَنَا وَ كُلُّنَا وَاحِدٌ مِنْ نُورٍ وَاحِدٍ وَ رُوحُنَا مِنْ أَمْرِ اللَّهِ أَوَّلُنَا مُحَمَّدٌ وَ أَوْسَطُنَا مُحَمَّدٌ وَ آخِرُنَا مُحَمَّدٌ وَ كُلُّنَا مُحَمَّدٌ» İmam buyurdu: Allahın qüdrətinə təəccüb etməyin. Mən Məhəmməd və Məhəmməd mən. Və Məhəmməd buyurdu: Camaat,Allahın qüdrətinə təəccüb etməyin. Mən Əliyəm və Əli mən. Bizim hamımız bir nurdanıq, bizim ruhumuz Allahın əmrindədir, bizim birincimiz Məhəmməd, ortancılımız Məhəmməd, axırıncımız Məhəmməd və bizim hamımız Məhəmmədik. [2] - Seyid Rəzi, Xəsaisul- Əimmə (ə), səh 40, Məcməul- buhusi astane qüdse Rəzəvi, 1406 hicri qəməri. «وَ قَالَ الصَّادِقُ (ع) مَنْ تَرَكَ زِيَارَةَ أَمِيرِ الْمُؤْمِنِينَ (ع) لَمْ يَنْظُرِ اللَّهُ تَعَالَى إِلَيْهِ أَ لَا تَزُورُ مَنْ تَزُورُهُ الْمَلَائِكَةُ وَ النَّبِيُّونَ (ع) وَ إِنَّ أَمِيرَ الْمُؤْمِنِينَ أَفْضَلُ مِنْ كُلِّ الْأَئِمَّةِ» [3] - Biharul- ənvar, cild 25, səh 249.«...عنْ هِشَامِ بْنِ سَالِمٍ قَالَ قُلْتُ لِلصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ (ع) الْحَسَنُ أَفْضَلُ أَمِ الْحُسَيْنُ فَقَالَ الْحَسَنُ أَفْضَلُ مِنَ الْحُسَيْنِ قُلْتُ فَكَيْفَ صَارَتِ الْإِمَامَةُ مِنْ بَعْدِ الْحُسَيْنِ فِي عَقِبِهِ دُونَ وُلْدِ الْحَسَنِ فَقَالَ إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى أَحَبَّ أَنْ يَجْعَلَ سُنَّةَ مُوسَى وَ هَارُونَ جَارِيَةً فِي الْحَسَنِ وَ الْحُسَيْنِ أَ لَا تَرَى أَنَّهُمَا كَانَا شَرِيكَيْنِ فِي النُّبُوَّةِ كَمَا كَانَ الْحَسَنُ وَ الْحُسَيْنُ شَرِيكَيْنِ فِي الْإِمَامَةِ وَ إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ جَعَلَ النُّبُوَّةَ فِي وُلْدِ هَارُونَ وَ لَمْ يَجْعَلْهَا فِي وُلْدِ مُوسَى وَ إِنْ كَانَ مُوسَى أَفْضَلَ مِنْ هَارُونَ» [4] - Deyləmi, Həsən, İrşadul- qulub iləs- savab, cild 2, səh 421, İntişarate- şərife Rəzi, 1412 hicri qəməri.«الْأَعْمَشِ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ (ع) قَالَ سَأَلْتُهُ عَنْ أَفْضَلِ الْخَلْقِ بَعْدَ رَسُولِ اللَّهِ (ص) وَ أَحَقِّهِمْ بِالْأَمْرِ فَقَالَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ (ع) وَ بَعْدَهُ الْحَسَنُ ثُمَّ الْحُسَيْنُ سِبْطَا رَسُولِ اللَّهِ وَ ابْنَا خِيَرَةِ النِّسْوَانِ ثُمَّ عَلِيُّ بْنُ الْحُسَيْنِ ثُمَّ مُحَمَّدُ بْنُ عَلِيٍّ ثُمَّ جَعْفَرُ بْنُ مُحَمَّدٍ ثُمَّ مِنْ بَعْدِهِ الْأَئِمَّةُ الْهُدَاةُ الْمَهْدِيُّونَ (ع) فَإِنَّ فِيهِمُ الْوَرَعُ وَ الْعِفَّةُ وَ الصِّدْقُ وَ الصَّلَاحُ وَ الِاجْتِهَادُ وَ أَدَاءُ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِرِ وَ طُولُ السُّجُودِ وَ قِيَامُ اللَّيْلِ وَ اجْتِنَابُ الْمَحَارِمِ وَ انْتِظَارُ الْفَرَجِ بِالصَّبْرِ وَ حُسْنُ الصُّحْبَةِ وَ حُسْنُ الْجِوَار» Oxşar xəbərlər
|