Millətin tərəqqi və süqutunda əxlaqın yeri
Mьəllif: admin1
Tarix: 19-07-2022, 09:59
Millətin tərəqqi və süqutunda əxlaqın yeri
Bir millətin tərəqqi və ya süqut etməsi onun əxlaqi dəyərləri ilə sıx bağlıdır. Çünki kamal yoluna əxlaqi dəyərlər olmadan qədəm basmaq olmaz. Əxlaq çırağı olmadan bir millət rifaha çıxa bilməz. Kamala çata bilməz.

Əgər bir millət qələbə çalıb və kamal qalasını fəth edibsə, bütün bu nailiyyətlərinə görə əxlaqi dəyərlərə borcludur. Düz danışaraq, fədakarlıq göstərərək, qarşı tərəfə hörmət edərək, cihad və sədəqə ilə həm ictimai nəzmi və həm də siyasi nəzmi qoruya bilmişdir.

İmam Əli (ə) buyurur: “Ey Allah bəndələri! Agah olun ki, əməli salehlər tez keçən bu dünyadan sağlam çıxdılar və cavidan axirətə çatdılar.

Dünya insanları ilə dünyalarında şərik olarlar. Ancaq dünya insanları onları axirətdə şərik etməzlər. Əməli salehlər ən yaxşı dünya evlərində sakin olarlar.

Ən yaxşı dünya yeməklərini yedilər. Dünya əhlinin hiss etdiyi ləzzətləri hiss edərlər. Dünyadan bəhrələnərlər. Necə ki, təkəbbür əhli dünyadan bəhrələnmişdilər.

Sonra da bu dünyadan çox sayda aquzə yığaraq axirətə tələsərlər. Əməli salehlər dünya haramlarını tərk etmişdilər. Qiyamət günü isə Allahın qonşusu olarlar. Elə yerdə olarlar ki, hər nə istəsələr onlara verilər”.

Nə zaman bir millət yolunu azar və düz yoldan aralanar, bir çox əxlaq xəstəlikləri büruzə çıxar. Cəmiyyətdə əxlaqın əksinə olan dəyərlər hakim olar.

İmam Əli (ə) buyurur: “İsmayil (ə) peyğəmbərin, İshaq (ə) peyğəmbərin, Yəqub (ə) peyğəmbərin övladlarının həyatından ibrət alın. Həqiqətən millətlərin halı necə də eynidir. Sifət və rəftarlarında bir-biri ilə eynidirlər.

O günlərdə ki, bir-birindən ayrı halda idilər, onun haqqında düşünün. O zamanı ki, Kəsra və Qeysər padşahları hökumət edirdilər. Onları abad diyardan, Dəclə və Fərat sahilindən uzaqlaşdırdılar. Az bitkili, susuz, ələfsiz və küləklərin əsdiyi səhraya sürgün etdilər.

Orada yaşamaq çətin idi. Onları münasib olmayan yerlərdə, yoxsullarla, dəvələrlə bir yerdə sakin etdilər. Evləri ən alçaq evlər, yaşadıqları yer ən quru diyar idi.

Nə Haqqın dəvəti var idi ki, ona üz çevirsinlər, nə də ülfət var idi ki, onun izzətində yaşaya bilsinlər. Qüdrətləri dağılmış və cəmiyyətləri ayrı düşmüş idi.

Çətin bəlaya və cəhalətə düçar olmuşdular. Qızları diri-diri torpağa basdırır və bütlərə pərəstiş edirdilər. Qohumları ilə əlaqələrini kəsmişdilər”.

Ona görə də kamala çatmaq istəyən hər bir cəmiyyət əxlaqi dəyərlərə diqqət etməlidir. Əxlaqa zidd olan dəyərlərin yayılmasından nigaran olmalıdır. Onları aradan aparmaq üçün səy göstərməlidir.

İmam Əli (ə) buyurur: “Hidayət edən rəhbərlə yolunu azmış rəhbər bərabər olmaz. Necə ki, Peyğəmbərin (s) dostları ilə düşmənləri bərabər deyildi.

Peyğəmbər (s) mənə buyurdu: “İslam ümmətinin nə möminindən, nə də müşrikindən qorxmuram. Çünki mömini imanı saxlayar, müşriki isə Allah şirkinə görə məhv edər.

Mən sizlərə görə münafiqdən qorxuram ki, daxilində iki siması vardır, alim kimi danışır. Sözləri ürəyə yatan, rəftarı isə çirkin və eybəcərdir””.

Cəmiyətdə əxlaqi dəyərləri hakim edək ki, kamal pilləsinə qalxa bilək.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930