İxlasın 3 növü. Muxlis olmağın yolları
Mьəllif: admin1
Tarix: 24-07-2020, 10:59
İxlasın 3 növü. Muxlis olmağın yolları

İxlasın mənası – “xalis etmək”dir. Ona görə də muxlis o kəsdir ki, bütün ibadət və itaəti və bütün saleh əməlləri Allahdan qeyrisindən təmizlənmiş olsun və niyyəti Allaha yaxınlaşmaq olsun. Ona görə də ancaq Allaha ürək bağlayar. İbadətdəki hədəfi Xaliqin razılığını əldə etməkdir.

İmam Əli (ə) buyurur: “Xalis ibadət odur ki, insan Allahdan qeyrisinə ümid bəsləməsin və günahından savayı başqa şeydən qorxmasın”.

İmam Sadiq (ə) buyurur: “İnsan, Allahın xalis bəndəsi olmaz o zamana qədər ki, (başqalarının) tərifi və ya tənqidi nəzərində eyni olsun”.

İxlasın əhəmiyyəti.

İxlas ibadətin dəyər meyarıdır və dinin hədəfidir. Hər kim onu əldə edərsə, İlahi nemətlər onun nəsibi olar. Allah Təala insanları bu işə dəvət etmişdir.

“Odur ki, kafirlər xoşlamasalar belə, Allahı itaət və əqidəni Onun üçün xalisləşdirdiyiniz halda çağırın”. (“Ğafir” 14).

İxlas - əməlin qəbul olmaq şərtidir. Əgər bir əməldə ixlas olmazsa, həmin əməl nəticəsiz qalar. İmam Əli (ə) buyurur: “O kəsin ki, əməli ixlasla bir yerdə olmazsa, qəbul olmaz”.

İxlasın dərəcələri vardır. Hər nə qədər ixlas dərəcəsi çox olarsa, əməlin dəyəri daha çox olar. İnsan hədəfinə daha yaxın olar. Nə zaman ixlasın dərəcəsi aşağı olar, həmin qədər əməlin dəyəri azalar. İnsan kamaldan geri qalar.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminlərin dərəcələri ixlas vasitəsilə üstün olar”.

İxlasın üç dərəcəsinə işarə edək:

1. Əməli Qiyamət gününün əzabı qorxusundan xalisləşdirmək. Baxmayaraq ki, əməl ixlaslı əməldir, ancaq bu, qulların ibadətidir.

2. Əməli behiştə düşmək üçün xalisləşdirmək. Bu ibadət də tacirlərin ibadətidir.

3. Əməli ancaq Allah rizası üçün xalisləşdirmək.

Bəs nə edək ki, muxlis olaq?

1. Allahdan qeyrisindən tamahı kəsmək. İmam Baqir (ə) buyurur: “Bəndə Allahın həqiqi pərəstiş edəni olmaz, məgər o halda ki, hər bir məxluqdan kəsilər və Ona qoşular. O zaman Allah buyurar: “Bu əməl Mənə görə xalisdir və kərəminə görə onu qəbul edirəm””.

2. Elm və yəqini artırmaq. İmam Əli (ə) buyurur: “Əməlin ixlası – elmin meyvəsi və səmərəsidir”.

3. Arzuları azaltmaq. Əmirəl-möminin (ə) buyurur: “Arzuları azalt ki, əməllərin xalis olsun”.

4. Günahdan çəkinmək. Həzrət Peyğəmbər (s) buyurur: “Haram işlərdən uzaq olmaq ixlasın kamalıdır”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930