Özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə, bunları yeyin!
Alimlər sübut edib ki, qəbul etdiyimiz qidalar bizim əhvalımıza böyük təsir edir.
Məsələ burasındadır ki, orqanizmdə "serotonin" adlı xoşbəxtlik hormonun ifrazı üçün bəzi amintirşuları və digər maddələr lazımdır. Bu aminturşuları arasında ən əsası "triptofandır". Triptofan bir çox qidalarda var. Triptofandan əlavə B qrupu vitaminləri və C vitamini, bəzi minerallar və digər faydalı maddələrin əhvalımıza böyük təsiri var. Beləliklə, insan bu maddələrlə zəngin olan qidaları tez-tez yeyəndə, onun əhvalı daha yaxşı olur. Bu qidalar arasında: 1. Hind quşu Triptofanla olduqca zəngindir. 2. Pendir Pendirdə həm triptofan, həm fenilalanin aminturşusu var. Fenilalanın da serotonin hormonun ifrazına təsir edir. Pendir həmçinin kalsiumla zəngindir. Kalsium isə tək sümüklərimizi deyil, sinirlərimizi və damarlarımızı da möhkəmləndirir. 3. Xurma Yodla zəngin olan xurma qalxanvari vəzi üçün çox faydalıdır. Qalxanvari vəzinin normal fəaliyyətindən bizim əhvalımız da çox asılıdır. 4. Kahı və s. göyərtilər Göyərtilərin tərkibində olan maddələr serotoninin ifrazını artırır. 5. Azkalorili süd məhsulları Bu məhsullar bağırsaqların mikroflorasına müsbət təsir edir. Bu mikroflora isə həm immunitetimizə, həm də əhvalımızla təsir edir. 6. Avokado 7. Banan B vitamini, kaliumla, saxaroza və fruktoza ilə zəngin olan banan əhvalı yaxşılaşdırır. 8. Dəniz məhsulları və balıq A, D, B qrupu, sink, fosfor kimi faydalı maddələrlə zəngindir. Bu maddələr bizim əhvalımıza da çox müsbət təsir edir. 9. Pomidor 10. Çiyələk 11. Şokolad Bu dünyada ən tanınmış "antidepressantdır". Sağlamolun Oxşar xəbərlər
|