İnsan Yer kürəsində Allahın xəlifəsi olmaq üçün yaradılmışdır
İnsan xilqətin lap əvvəlində Yer kürəsində Allahın xəlifəsi olmaq üçün yaradılmışdır. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. (“Bəqərə” 30). Ona görə də insan Yer kürəsinə gəlmək üçün xəlq edilmişdir. Başqa bir tərəfdən isə Həzrət Adəm (ə) və Həvvanın (ə) olduğu cənnət əbədi cənnət deyildi. Çünki hər kim əbədi cənnətə daxil olar, heç bir zaman oradan xaric olmaz. Bu behişt insan əməlinin qarşılığındakı mükafatıdır. Əbədi behiştdə qadağalar yoxdur, insana heç bir neməti qadağan etmirlər. Halbuki, Adəmlə (ə) Həvvaya (ə) müəyyən şeyləri qadağan etmişdilər. Əbədi behiştdə vəzifə, vacibat yoxdur. Biz elə bir sinifin tələbələriyik ki, imtahanı Yer kürəsində veririk. Bu sınıfdə bizə Qurani-Kərim dərs keçir və deyir ki, şeytan sizin əbədi düşməninizdir. Sizin xeyirxahlığınızı istəmir. Hətta əgər and içsə belə, ona inanmayın. “Beləliklə, şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi və dedi: «Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir». Və o ikisinə təkidlə and içdi ki, «həqiqətən mən sizin xeyrinizi istəyənlərdənəm»”. (“Əraf” 20-21). Nə zaman Allahın əmrinə itaət etməsək, ziyana uğrayarıq. “Rəbbləri onlara (belə) nida etdi: «Məgər Mən sizə bu ağacı qadağan etməmişdim və sizə deməmişdimmi ki, həqiqətən Şeytan sizin açıq-aşkar düşməninizdir?!»”. (“Əraf” 22). Əgər günah işlətsək, bizə tövbə qapısını göstərir və buyurur ki, tövbə etsən, günahını cubran edə bilərsən. “(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək, tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır”. (“Bəqərə” 37). Əgər həqiqi mömin olmaq istəyiriksə, gərək şeytanın tələlərini tanıyaq və ora düşməyək. Əgər, Allah eləməsin, düşmüşüksə, tövbə edib Allaha tərəf qayıdaq. /Deyerler.org/ Oxşar xəbərlər
|