Quran və İnsanın söhbəti
İnsan :Salam Quran:Salam olsun doğru yola tabe olan hər bir kəsə! (Taha 47) İnsan:İlahi bu bəşəriyyəti niyə yaratmısan? Quran: Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! (Loğman 20) İnsan:İlahi bunun qarşılıqında sənə necə təşəkkür edək? Quran: Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir). (Bəqərə 172) İnsan: Pərvərdigara bütün varlığı insan üçün yaratmısan.. Bəs insanı? Quran:Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam.(Zariyat 56) İnsan: Allahım mənə qısa olaraq ibadət və yaxşı əməllərin nə olduğunu başa sal Quran: Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.) (Bəqərə 177) İnsan: İlahi bu ibadətlər yaxşı əməllər nə üçündür? Quran: Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız. (Bəqərə 21) İnsan: İlahi təqvanın nə faydası var? Quran:Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri! (Bəqərə 197) İnsan:Allahım təqva kifayətdirmi? Quran:..Evlərə onların qapısından daxil olun və Allahdan qorxun(təqvalı olun), bəlkə nicat tapasınız. (Bəqərə 189) İnsan: Allahım bu kamillik mərhələsində bizə bir yol göstər. Quran:Ey iman gətirənlər, səbr və namazdan kömək diləyin ki, həqiqətən Allah səbr edənlərlədir. (Bəqərə 153) İnsan: İlahi duamız nece olsun? Quran: Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövm üzərində kömət et.(Bəqərə 250) İlahi göndərdiyin Quranın ehtiramına bizləri Quran və Əhli-Beytdən (ə) ayrı salma..Bizi öz vəzifələmizi tanıyıb və onlara əməl edənlərdən qərar ver. Amin Musa Huseynli Oxşar xəbərlər
|