Qiyamətdə üzrlər qəbul olunmaz
Mьəllif: admin1
Tarix: 28-11-2015, 21:23
Qiyamətdə üzrlər qəbul olunmaz

Qiyamət – elə bir yerdir ki, orada üzr istəmək, tövbə etmək. peşman olmaq qəbul olunmur. “(O gün deyiləcəkdir:) «Ey kafirlər, bu gün üzr gətirməyin. Siz ancaq (dünyada) etdiyiniz əməllərə görə cəzalandırılırsınız, yaxud o əqidə və əməllərin eynilə təcəssüm olması bu gün sizin cəzanızdır»”. (“Təhrim” 7).
Qiyamətdə hər kim dua edər, qəbul olmaz. “Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir”. (“Bəqərə” 48).
Qiyamət günü heş kəs başqasının dərdinə dərman ola bilməyəcəkdir. Hər kəs ancaq öz əməli ilə qalacaqdır. “Beləliklə o gün zülm edənlərin üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir”. (“Rum” 57).
Bir çoxları Qiyamət günü üzr istəyəməyə qalxarlar Lakin bilmirlər ki, Qiyamət günü üzr istəməyin heç bir faydası yoxdur. (Tebyan)
O zaman ki, günahkarlar, münafiqlər, kafirlər, təkəbbür əhli İlahi əzabla üzləşərlər, Allahdan istəyərlər ki, üzrlərini qəbul etsin. Lakin Allah elan edər ki, Qiyamət üzr istəmək yeri deyildir.
Bir gün gələcəkdir ki, Allah günah əhlinə buyuracaqdır: “Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur)”. (“Mursəlat” 36).
Bəli, insan ancaq dünyada üzr istəyə bilər və tövbə edə bilər. Ancaq bu yolla günahları yuyula bilər. Burada Allah bizə bu fürsəti verir və İlahi lütf halımıza şamil olur. “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152).
İnsan əgər Allahı yada salarsa, Allah da bizə lütf nəzəri ilə baxar və halımıza diqqət edər. Bizə tərəf lütfünü uzadar.
Əgər əksi olarsa, Allah buyurar: “(Onlara deyərik:) «Belə isə, bugünkü günümüzün görüşünü unutmağınızın cəzasını (cəhənnəmin əzabını) dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı»”. (“Səcdə” 14).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930