Əməllərin dünyada, axirətdə təcəssümü və insanın daxilində əksi
Mьəllif: admin1
Tarix: 5-02-2018, 22:39
Əməllərin dünyada, axirətdə təcəssümü və insanın daxilində əksi

Qurani-Kərimdə əməllərin təcəssüm edilməsi 3 cür təsvir edilmişdir: biri dünyaya aiddir, biri axirətə və üçüncü növü həm dünyaya və həm də axirətə aiddir.

Əməllərin dünyadakı təcəssümü.

Gördüyümüz hər bir iş: istər yaxşı olsun, istərsə də pis – bəzən zahirdə görünməz. Ancaq elə bu dünyada təcəssüm olar və insanlar ona əməlin mükafatı deyərlər. Yaxşı işlər təyyibə həyatının yaranması üçün zəminələr hazırlayar. Pis işlər isə səbəb olar ki, insan həyatı xəbis və dəyərsiz olsun. İnsanın pis əməli bədbəxtlik, yaxşı əməli səadətdir.

Əməlin axirət təcəssümü.

Hər nə qədər əməl yerinə yetirsən, aradan getməz. Qiyamət günü onu görərsən. Həm pis və həm də yaxşı əməllər Qiyamət günü zahir olacaqdır. Hər nə qədər yaxşı və pis işi varsa, Qiyamət günü insanla bir yerdə olacaqdır. “Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8).

İnsan Qiyamət günü əməlinin cəzasını görəcəkdir. Əməlin özü bunu göstərəcəkdir. “O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb(haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar”. (“Zəlzələ” 6).

Yaxşı əməl insan üçün həm bərzəx aləmində və həm də Qiyamət günü yaxşı munisdir. Pis əməl isə pis rəfiqdir.

Quranın nəzərinə görə behişt və cəhənnəm - insanın öz əməlidir. Qiyamət günü hamının canı, ağılı və şüuru olacaqdır. Behiştdə Allah, ya mələklər tərəfindən insana xitab ediləcəkdir: Behişt nemətləri özünüzdəndir. Özünüzdən göndərmisiniz. “Yeyin və için, keçmiş günlərdə gördüyünüz(yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür)”. (“Haqqə” 24).
Ona görə də məhz insanın öz əməli onu behiştə və ya cəhənnəmə aparar.

Əməlin üçüncü təcəssümü.

Böyük alimlərdən olan Sədrul-mutəllihin yuxarıdakı iki növü qəbul etməklə yanaşı, əməlin üçüncü təcəssüm növünün də olduğunu vurğulayır. İnsan günah edən zaman insanlıqdan çıxır və daxili şəxsiyyəti bir heyvana çevrilir. Misal üçün havayi-nəfsinin ardınca getmək insanı meymun halına sala bilir. Zülm, cinayət, haqqun-nasa girmək insanı itə çevirir. Hoqqabazlıq və hiyləgərliyi insanı tülküyə çevirir. Əgər insan tövbə etməsə və batinini təmizləməsə get-gedə həmin heyvana çevrilər.

Halbuki, yaxşı əməllər insan şəxsiyyətini kamil bir insana tərəf dəyişdirər. Şəxsiyyətin bu cür dəyişməsi həm dünyada olur və həm də axirətdə.

Bəzi Quran ayələrində insanlar heyvanlara: o cümlədən itə, ulağa, bəzi alçaq heyvanlara bənzədilmişdilər. Hətta heyvandan belə alçaq hesab edilmişdilər. “Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar”. (“Əraf” 179). “Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır”. (“Ənfal” 22).

Yəni, əgər insanın fikirləri, niyyəti və əməlləri pis olarsa, həmin əmələ uyğun olaraq insan heyvan şəkilinə düşər. “Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri) neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər”. (“Cümə” 5).
“Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir)”. (“Əraf” 176).

Beləliklə deyə bilərik ki, insan əməli onun taleyini müəyyən edər. Əgər yaxşı əməl sahibidirsə, ona səadət gətirər. Əgər pis əməl sahibidirsə, onu heyvana çevirər.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930