Bu ibadət insanı gözəl və xoşəxlaq edər, bədəni sağlam edər, ruzi gətirər, qəlbi nurlandırar, ömrü uzadar
Mьəllif: admin1
Tarix: 8-05-2021, 23:07
Bu ibadət insanı gözəl və xoşəxlaq edər, bədəni sağlam edər, ruzi gətirər, qəlbi nurlandırar, ömrü uzadar
Mərhum Qazi, Əllamə Təbatəbaiyə deyib: ”Övladım, dünyanı istəyirsənsə gecə namazı qıl, axirəti istəyirsənsə gecə namazı qıl!”.

İnsanı xoşəxlaq edər.

İmam Sadiq (ə) buyurur: "Gecə namazı insanı xoşəxlaq edər”.

Xəstəlikləri uzaq edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı sızın Peyğəmbərinizin (ə) sünnəti və sizdən əvvəldəki salehlərin yoludur. Bədəndən dərdi və xəstəliyi uzaq edəndir”.

Bədən sağlam olar.

İmam Əli (ə) buyurur: "Gecə oyaq qalmaq bədəni sağlam edər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı bədənin rahat olmasına səbəb olur”.

Ömrü uzadır.

İmam Rza (ə) buyurur: "Elə bəndə yoxdur ki, gecənin sonunda ayılar, 8 rükət gecə namazı, 2 rükət şəf namazı və bir rükət vitr namazı qılar, qunutunda 70 dəfə istiğfar edər, məgər Allah ona qəbir əzabından və atəşdən pənah verər, ömrünü uzadar və həyatına sahman verər”.

Bədən xoş ətirli olar.

İmm Sadiq (ə) buyurur: "Gecə namazı insanı xoş ətirli edər”.

Gözün aydınlığı artar.

İmam Sadiq (ə) buyurur: "Gecə namazı insanın görməyini nurani edər”.

Siması nurani olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim gecə namazını çox qılar gündüz gözəl və xoş sima olar”.

İmam Sadiq (ə) buyurur: "Gecə namazı insanın üzünü gözəl edər”.

Qəlbi nurani edər.

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, bəndə gecənin qaranlığında xəlvət edər və Allahla münacat edər Allah qəlbini nurani edər”.

Çirkin işlərdən çəkindirər.

Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı insanı günahdan saxlayar”.

Düşmən qarşısında silahdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı düşmən qarşısında silahdır”.

Günahlar məhv olur.

"Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. ("Hud” 114).

Allah Təala bizlərə bu bərəkətli əməli qismət etsin.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930