Ərbəin zəvvarının riayət etməli olduğu 8 nöqtə
Hədislərin birində oxuyuruq: “Allaha and olsun ki, hər kim o Həzrəti ziyarət edər və haqqına arif olar, bütün keçmiş və gələcək günahları bağışlanar”.
Bu ziyarət üçün yüz həcc və yüz ümrə savabı bəyan olunmuşdur. Həzrət Əbu Cəfər (ə) buyurur: “Bizim davamçılarımıza əmr edin ki, Həzrət Hüseynin (ə) qəbrini ziyarət etməyə getsinlər, çünki o Həzrəti (ə) ziyarət etmək – onun imamətini etiraf edən hər bir möminə vacibdir”. İmam Sadiq (ə) İmam Hüseyn (ə) zəvvarının riayət etməli olduğu 8 mühüm nöqtə ilə bizi tanış etmişdir ki, ona işarə edək: 1. “Sənə lazımdır ki, yoldaşlarınla xoşrəftar olasan, az danışasan və mümkün olduğu qədər danışmayasan, məgər xeyir ilə”. Əmirəl-möminin (ə) buyurur: “Nə zaman danışmaq istəsən, bir sözü deməzdən əvvəl onu ağlınla ölçməlisən, əgər deməyə layiqli olarsa və onu deməkdə dünya və axirət ziyanı olmazsa, de. Əgər belə olmazsa və onda zərər olarsa - demə və deməməyi vacib bil”. 2. “Sənə lazımdır ki, Allahı çoxlu yada salasan. Hər bir şeyin həddi vardır ki, onu sona çatdırar. Məgər Allahı zikr və yada salmağın ki, onun üçün hədd yoxdur. Allahı yada salmaq insanı həqiqi həyata sövq edər”. 3. “Lazımdır ki, paltarlarını təmiz saxlayasan və sənə lazımdır ki, qüsl edəsən”. Çünki zahiri təharət batini təharətə çatmaq üçün bir vasitədir. Allah Təala buyurur: “Allah təharət edənləri sevir”. 4. “Sənə lazımdır ki, təvazökar olasan, çoxlu namaz qılıb, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) çoxlu salavat göndərəsən”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir müsəlmanın boynunda olan haqq budur ki, hər bir namazda bizə salavat göndərsin və bu, Allah tərəfindən olan vacibatdır”. 5. “O şey ki, sənin deyildir və başqasının malıdır – ehtiram edib götürməyəsən. Lazımdır ki, o şey ki, halal deyil – baxmayasan və gözlərini ona bağlayasan”. 6. “Lazımdır ki, iman qardaşını ehtiyaclı görən zaman və müşahidə edən zaman ki, pulu olmadığına görə əməlləri yerinə yetirməkdən acizdir, onun yanına gedib kömək edəsən və ona təsəlli verəsən”. İmam Əli (ə) buyurur: “Allah yanında ən sevimli mömin o kəsdir ki, yoxsul möminə dünya yoxsulluğunda və həyatını yaşamasında yardım edər”. 7. “Sənə lazımdır ki, təqiyyəyə riayət edəsən”. 8. “Lazımdır ki, düşmənçilikdən, çoxlu and içməkdən, cədəl etməkdən çəkinib uzaq olasan”. İltimasi dua. /Deyerler.org/ Oxşar xəbərlər
|