Allah Təala Həzrət Yunusun (ə) duasını nə zaman qəbul etdi?
Mьəllif: admin1
Tarix: 11-11-2021, 10:31
Allah Təala Həzrət Yunusun (ə) duasını nə zaman qəbul etdi?
Əmirəl-möminin (ə) nəql edir ki, o zaman ki, Həzrət Yunus (ə) böyük balığın qarnında idi, balıq dənizin dibinə tərəf hərəkət edir. Oradan Misir dənizinə və sonra da Xəzər dənizinə hərəkət edir. Sonra Bəsrədəki Dəcləyə daxil olur və nəhayət Yunusu (ə) torpağın dibinə aparır.

Qarun da Musanın (ə) dövründə Allahın qəzəbinə uğrayır və Allah torpağa əmr edir ki, onu udsun. Allah tərəfindən mələk məmur edilir ki, Qarunu hər gün bir insan boyu qədər torpağa batırsın. Yunus (ə) balığın qarnında Allahı zikr etməklə məşğul idi və istiğfar edirdi.

Qarun yerin dibində onun səsini eşidir. Ona hakim olan mələyə deyir ki, mənə bir az möhlət ver, mən burada insan səsini eşitdim. Allah həmin mələyə vəhy edir ki, Qaruna möhlət versin. Qarun da səs sahibinə yaxınlaşır və soruşur ki, sən kimsən?

Yunus (ə) deyir: Mən Mətinin oğlu günahkar Yunusam.

Qarun qohumlarının halını ondan soruşur. Əvvəl soruşur ki, Musadan (ə) nə xəbər var?

Yunus (ə) deyir: Bir müddətdir ki, dünyasını dəyişmişdir.

Qarun soruşur: Musanın (ə) qardaşı Harundan nə xəbər var?

Yunus (ə) deyir: O da dünyasını dəyişmişdir.

Qarun deyir: Mənim nişanlım olan Gülsümdən (Musanın (ə) bacısından) nə xəbər var?

Yunus (ə) deyir: O da vəfat edib.

Qarun ağlayır və təəssüf etdiyini bildirir, ürəyində onlar üçün yanıb tutuşur. Qohumlarına görə bu qəlb yangısı səbəb olur ki, Allah ona lütf etsin. Ona hakim olan mələyə buyurur: “Qarunun dünya əzabını aradan qaldır”. Yəni, elə həmin yerdə dayan və bir daha onu daha dərinə aparma.

Yunus (ə) bu mövzudan xəbərdar olan zaman başa düşür ki, Allah, bəndələri yaxşı iş görən zaman onlara qarşı mehriban olur. Yunus (ə) balığın qarnında fəryad çəkir:

لا اله الا انت سبحانك اني كنت من الظالمين». (“Lə iləhə illə ənt. Subhanəkə inni kuntu minəz-zalimin”)

Allah onun duasını yerinə yetirir və balığa əmr edir ki, onu sahilə çıxarsın. Balıq onu sahilə gətirir və Allah həmin yerdə onun üçün balqabaq bitkisinin cücərdir. Yunus (ə) həmin bitkinin kölgəsində rahatlayır. Yavaş-yavaş öz sağlamlığına qovuşur.

Beləliklə deyə bilərik ki, gözəl əməlllər: o cümlədən sileyi-rəhm, tövbə, dua, günahı etiraf etmək insanı xilas edə bilər.
(İslami saytlara istinadən).

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031