Allah yanında sevimli olan bəndə - Peyğəmbərin (s) ardıcılıdır
Mьəllif: admin1
Tarix: 3-12-2015, 21:36
Allah yanında sevimli olan bəndə - Peyğəmbərin (s) ardıcılıdır

İmam Əli (ə) buyurur: “Allah yanında ən sevimli bəndə o kəsdir ki, Peyğəmbərinin (s) ardınca getsin və addımını onun addım yerinə qoysun”.
Allah yanında ən sevimli bəndə o kəsdir ki, Həzrət Peyğəmbərin (s) ardıcılı olar. Peyğəmbərin (s) həyat tərzi bizim üçün nümunə və örnək olmalıdır. Onun həyat tərzinə nəzər salan zaman görmək olur ki, dünyaya gözünün ucu ilə belə baxmazdı. Qarnı hamıdan ac olardı. Dünyanı ona göstərəndə onu qəbul etmədi, çünki bilirdi ki, Allahın düşmən bildiyi şeyi, o da düşmən bilməlidir. Allahın xar hesab etdiyini, o da xar hesab etməlidir. Allahın kiçik bildiyini, o da kiçik bilməlidir.
Əgər biz Allahın və Peyğəmbərinin (s) kiçik bildiyini böyük hesab etsək və onu sevsək – Allahın əmrindən çıxmış olar və Ona qarşı düşmənçilik etmiş olarıq.
Həzrət Peyğəmbər (s) yerdə əyləşib yeməyini yeyərdi. Ayaqqabısını və paltarlarını özü yamayardı. Palansız uzunqulağa əyləşərdi. Həyat yoldaşlarından biri üzərində naxışı olan pərdəni pəncərəyə vuranda, ona buyurmuşdu: “Bu pərdəni gözümün önündən uzaqlaşdır ki, nə zaman gözüm ona dəysə, dünyanı və zinətlərini yada salıram”.
Həzrət Peyğəmbər (s) bu dünyadan üz çevirmişdi və istəyirdi ki, dünyanın cazibəsi gözünün önündə olmasın. Peyğəmbərin (s) həyatı bizə dünyanın nə qədər çirkin olduğunu bir daha nümayiş etdirir. Əgər bir qədər düşünsək, görərik ki, Peyğəmbərin (s) məhz bu sifətinə görə Allah onu sevirdi və onu uca məqamlara qaldırırdı.
Ona görə də Peyğəmbərin (s) davamçısı olaq və onun addımını qoyduğu yerə biz də addımlarımızı qoyaq. Əks halda həlakətdən amanda olmarıq. Allah Həzrət Muhəmmədi (s) Qiyamətin nişanəsi, behiştin müjdə verəni, cəhənnəm əzabından qorxudan kimi bu dünyaya göndərmişdir.
O, bu dünyadan ac qarınla getdi və daşı daşın üstünə qoymamış dünyasını dəyişdi.
Allah bizə Peyğəmbər (s) kimi bir nemət göndərmişdir ki, bütün aləmlərin yaradılış hədəfi olmuşdur. O, İlahi bir nurdur ki, yer üzərinə qədəm basdığı gündən hər yeri işıqlandırdı və qaranlıq qəlbləri aydınlandırdı. Elə bir dininin bünövrəsini qoydu ki, əbədidir və Qiyamət gününə qədər bərpa olacaqdır. Bu, elə bir kamil dindir ki, insanları kamala çatdırar və Allaha yaxınlaşdırar, onun məhbubu edər.
Allaha biz müsəlmanlara verdiyi bu nemətlərə görə nə qədər şükür etsək, yenə də azdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930