Bərzəx Qiyamətə nisbətdə yuxudur, ancaq dünyaya nisbətdə oyanmaqdır
Mьəllif: admin1
Tarix: 5-12-2015, 20:20
Bərzəx Qiyamətə nisbətdə yuxudur, ancaq dünyaya nisbətdə oyanmaqdır

Hədislərdə ölüm haqqında iki nəzərə rast gəlmək olur. Bir dəstə hədislər buyurur ki, insan ölən zaman sanki yuxuda olar. İkinci dəstə hədislər isə buyurur ki, insan ölən zaman yuxudan ayılar. Bəs insan ölən zaman yuxuya gedir, yoxsa yuxudan ayılır?
Bu sualın cavabı odur ki, biz dünyada olan zaman müəyyən mənada yatırıq və ölən zaman bir mərhələdə ayılacağıq, amma yenə də yuxuda olacağıq. O zaman ki, Qiyamət bərpa olacaqdır, biz yuxudan tamamilə ayılacağıq. Ona görə də hər bir mərhələ özündən əvvəlki mərhələyə nisbətdə ayılmaqdır. Sonrakı mərhələyə nisbətdə isə yuxudur. Yuxu ilə ayılmağın fərqi odur ki, biz ayıq olan zaman həqiqətləri görürük, ancaq yuxuda görmürük. Ona görə də bərzəx Qiyamətə nisbətdə yuxudur, ancaq dünyaya nisbətdə oyanmaqdır. (Tebyan)
Qəbir əzabı o məsələlərdəndir ki, insan onu düşündüyü andan rəzil sifətlərini aradan qaldırmağa çalışar. Qəbir əzabının bir çox səbəbləri ola bilər.
Əmirəl-möminin (ə) buyurur: “Qəbir əzabı söz gəzdirməkdən, nəcasətdən çəkinməməkdən və kişinin həyat yoldaşından uzaqlaşmasına, yatağını ayırmasına, yemək və yatanda ondan uzaqlaşmasına görə meydana gəlir”.

İmam Sadiq (ə) atasından nəql edir ki, buyurur: “Peyğəmbər (s) buyurur: “Mömin üçün qəbir sıxıntısı – zay etdiyi nemətlərin kəffarəsidir””.
Məsumlardan (ə) biri nəql edir ki, Peyğəmbərin (s) qızı Rüqəyyə vəfat edən zaman Həzrət (s) buyurmuşdu: “Mən Ruqəyyənin zəifliyindən xəbərdaram. Allah Təaladan xahiş etmişəm ki, onu qəbir əzabından xilas etsin”.
İmam Sadiqə (ə) dar ağacından asılmış bir insan barəsində sual verirlər ki, o, qəbir əzabı görürmü? Həzrət cavabında buyurur:“Bəli, Allah Təala havaya əmr edir ki, ona təzyiq göstərsin”.
Başqa bir hədisdə İmam Sadiq (ə) belə cavab verir: “Allahın yeri və göyü birdir. Allah havaya tərəf vəhy edir ki, ona təzyiq göstərsin və hava onu elə sıxır ki, qəbir sıxıntısından daha ağır olur”.
İnsan maddi qəbiri özü düzəltməz, onun üçün qazarlar ki, dəfn edə bilsinlər. Bundan başqa insanın mənəvi qəbri vardır ki, onu özü öz əməlləri ilə düzəldər və insanın həqiqi qəbri odur. Bu iki qəbrin bir-biri ilə rabitəsi vardır. Demək olar ki, həqiqi qəbir – cismi qəbrin batinidir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930