Peyğəmbərlər (ə) və İmamlardan (ə) qırx möcüzə və kəramət
Həzrət İbrahim (ə)-ın möcüzəsi: 1-Allahın iznilə quşları diriltməsi. 2-Atəşin ona soyuq olması. 3-İti bıçağın həzrət İsmail (ə)-ın başını kəsməməsi və onun əvəzinə asimandan göndərilən bir qoyunun qurbanlıq edilməsi. Həzrət Nuh (ə)-ın möcüzəsi: 4-Möminlərə nicat verən, kafirləri isə qərq edən gəmi. Həzrət Hud (ə)-ın möcüzəsi: 5-Güclü külək nəticəsində Hud qövmünün həlak olması. Həzrət Saleh (ə)-ın möcüzəsi: 6-Dağın içindən diri dəvənin çıxarılması. Həzrət Lut (ə)-ın möcüzəsi: 7-Səmadan Lut qövmünün üstünə kiçik daşların tökülməsi. Həzrət Musa (ə)-ın möcüzəsi: 8-Əsanın əjdəhaya çevrilməsi. 9-Əlini qoltuğundan çıxartdıqda, onun işıq saçması. 10-Fironçuların quraqlığa düçar olub, həlak olmaları. 11-Firon qövmünün əkin sahələrinin bəlaya tutulması. 12-Fironçuların Nil çayında qərq olması. 13-Fironçuların başlarında bitlərin əmələ gəlməsi. 14-Fironçuların qurbağa və ağcaqanadların bəlasına düçar olması. 15-Fironçuların qana düçar olması. Həzrət Şüeyb (ə)-ın möcüzəsi: 16-Allah tərəfindən asimani bir səsin göndərilib, həzrət Şüeyb (ə)-ın qövmünü həlak etməsi. Həzrət Yəqub (ə) və həzrət Yusif (ə)-ın möcüzəsi: 17-Canavarın dil açıb danışması. Belə ki, o, Allahın iznilə demişdi: "Peyğəmbərləri yemək (bizə) haramdır.” 18-Həzrət Yəqub (ə)-ın gözlərinin – oğlu həzrət Yusif (ə)-ın köynəyini gözlərinə sürtməklə – açılması. 19-Körpənin beşikdə danışması; o, dil açıb demişdi: "Əgər köynək qabaq tərəfdən cırılıbsa, Züleyxa; yox əgər arxa tərəfdən cırılıbsa, Yusif (ə) düz deyir.” 20-Kor qadının (Züleyxanın) gözlərinin Allahın iznilə açılıb, cavan olması. Həzrət Süleyman (ə)-ın möcüzəsi: 21-Heyvanların və quşların dilini başa düşmək. 22-Quşların ona tabe olması. 23-cinin bir göz qırpımından da tez bir zamanda Bilqeysin taxtını gətirməsi. 24-Qızmış misi maye hala salması. 25-cinlərin ona tabe olması. Həzrət İsa (ə)-ın möcüzəsi: 26-O həzrətin ata olmadan dünyaya gəlməsi. 27-Beşikdə ikən dil açıb danışması. 28-Palçıqdan bir quş surəti düzəldib, ona öz nəfəsini üfürməklə quşa çevirməsi. 29-Allahın izni ilə anadangəlmə kor və xora xəstəliyinə tutulanlara şəfa vermək. 30-Allahın iznilə ölüləri diriltmək. 31-Camaatın evlərində yedikləri şeylərdən xəbər vermək. 32-Öz qövmü üçün səmavi süfrə gətirmək. Həzrət Peyğəmbəri-Əkrəm (s)-in möcüzəsi: 33-Qurani-kərim. 34-İmam Əli (ə)-ın əsr namazını qılması üçün günəşi geri qaytarması. 35-Ayı iki yerə bölmək (Şəqqül-qəmər). İmam Əli (ə)-ın kəraməti: 36-Canavar və qazlarla söhbət etməsi və günəşin o həzrətə salam verməsi. 37-cinlərdən beyət alması. 38-Fərat çayındakı balıqların o həzrətə salam verməsi. İmam Səccad (ə)-ın kəraməti: 39-Həcərül-əsvədin (qara daşın) o həzrətin imamətinə şəhadət və daşın, ağacın ona salam verməsi, onun əmrilə ağacın hərəkətə gəlməsi. 40-Ağacın qılınca çevrilməsi və kiçik daşların təsbih deməsi. Oxşar xəbərlər
|