Kim Allahı sevindirə bilər?
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs mömini sevindirərsə, məni sevindirmişdir, hər kim məni sevindirər, Allahı sevindirmiş olar”.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah mömini qəbirdən çıxardar, misali bədən də onunla bir yerdə qəbirdən çıxar. O zaman ki, mömin Qiyamətin dəhşətli səhnələrini görər, həmin misal ona deyər: “Qorxma, sənə Allah tərəfindən müjdə vardır ki, seviniləsi və kəramətlidir”. Mömin ona deyər: “Allah sənə rəhmət etsin. Necə gözəl yoldaşsan, qəbirdən mənimlə bir yerdə çıxdın və daima Allah tərəfindən olan kəraməti mənə müjdə verirsən. Sən kimsən?”. Həmin misal deyər: “Mən həmin o sevincəm ki, mömin qardaşına etmişdin, Allah məni (həmin sevincdən) yaratmışdır ki, sənə müjdə verim””. Mömin qardaşı sevindirməyin savabı çox böyükdür və bu mövzuya hədislərdə və Quran ayələrində çox rast gəlirik. Bu hədislərdən və ayələrdən belə başa düşmək olur ki, Allah yanında ən sevimli ibadətlərdən biri də mömin qardaşı sevindirməkdir. “Üsuli-Kafi”də Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: “Allah yanında sevimli əməl - mömini şad etməkdir”. Məsumlardan gələn hədislərin bir çoxundan oxuyuruq: “O kəs ki, mömini şad edər, ancaq bir nəfəri sevindirməmişdir, əslində biz Əhli-beyti (ə) sevindirmişdir. Hər kəs bizi sevindirər, Allahın Peyğəmbərini (s) sevindirmiş olar”. Hədislərin bəzisində mömini şad etməyin bəyənilmiş bir ibadət olması ilə yanaşı, günahdan uzaq olmasına da işarə edilmişdir. Ola bilsin ki, bəzi müsəlmanlar möminə yaraşmayan əməl ilə qarşı tərəfi sevindirməyə cəhd edərlər. Bəziləri zarafatdan istifadə edər və düşünərlər ki, başqalarının abrını tökmək mömini sevindirə bilər. Bu əməl - bəyənilməyən əməllər sırasındadır. Quranda olan şadlıq və fərəh. Fərəh - qəm və qüssənin əksidir. Bir növ qəlb ləzzətidir ki, ruh ona çatmağa meyl edir. Quranda fərəh bir neçə mənada işlənmişdir: 1. Üsyan və bədməstlikdir ki, Allah onun haqqında buyurur: “Allah fərəh əhlini sevmir”. 2. Razılıqdır. 3. Sevincdir, xoşhal olmaqdır. Hər bir halda fərəh sevinən insanlara aid edilir. Birinci mənada verilən fərəh əhli isə İlahi sevgidən uzaq olanlar, yəni Qarun nəzərdə tutulur. O, Bəni İsrayilə hökumət edir və onlara zülm edirdi. Allah ona xəzinələr vermişdi ki, açarlarını güclü kişilər güclə həml edirdilər. Bəni-İsrayil (ə) Qaruna deyir: “Xəzinələrə görə sevinmə ki, Allah bu cür insanları sevməz”. Burada fərəh, dünya sərvətindən yaranan fərəhdir. Bu cür fərəh Allah sevgisinə mane olar. Quranda adı çəkilən sevincdən biri də İlahi fəzl və bəxşişə görə olan sevincdir. Bu növ şadlıq sevincin ən yaxşı növündən hesab edilir. Nəticə üçün deyə bilərik ki, əgər Allahı və İlahi övliyaları sevindirmək istəyirsinizsə, mömini sevindirin. Mömini sevindirmək həm Peyğəmbəri (s) və həm də Allahı şad edər. Oxşar xəbərlər
|