Peyğəmbərimizin (s) Tövrətda, İncildə, Zəburda, Qurani-Kərimdə və hədislərdə təsviri
Mьəllif: admin1
Tarix: 10-12-2020, 11:39
Peyğəmbərimizin (s) Tövrətda, İncildə, Zəburda, Qurani-Kərimdə və hədislərdə təsviri
Ərəb nəciblərindən sayılan Kələbi nəql edir: “İmam Sadiq (ə) məndən soruşdu: “Quranda xatəm Peyğəmbərin (s) neçə adı zikr edilmişdir?”.

Dedim: “İki və ya üç adı”. Buyurdu: “Peyğəmbərin (s) Quranda 10 adı zikr edilmişdir: Muhəmməd (s), Əhməd, Abdullah, Taha, Yasin, Nun, Muzzəmmil, Muddəssir, Rəsul, Zikr”. Sonra hər ada aid ayə tilavət etdi. Bundan sonra buyurdu: Zikr – Muhəmmədin (s) adlarından biridir və biz (Əhli-beyt (ə)) – Zikr əhliyik”.

İmam Sadiqin (ə) əxlaqı belə idi ki, nə zaman Peyğəmbərin (s) adını onun yanında çəksəydilər, ona o qədər təsir qoyardı ki, rəngi dəyişərdi.

İmam Sadiq (ə) buyurur: “İmam Həsən (ə) dayısı Hind ibni Əbi Halədən xahiş edir ki, Peyğəmbərin (s) simasını onun üçün təsvir etsin. Hind cavabında deyir:

“Peyğəmbər (s) baxışlarda əzəmətli görünərdi, sinələrdə məhəbbəti var idi. Saçları nə qıvrım və nə də düz idi. Rəngi ağ və aydın, alnı açıq, qaşları çox sıx, kiprikləri biz-birindən ayrı idi.

Burnunun ortasında batıq var idi. Saqqalı uzun, gözünün qarası tünd, yanaqları yumşaq, az ətli idi, boyu orta idi. Həzrət (s) yol gedən zaman vüqarla gedərdi.

O zaman ki, bir şeyə diqqət edərdi, ona dərin baxardı. Hər kimi görsə, salam verərdi. Və davamlı olaraq insanların hidayətçisi idi. Dünya işlərini əldən verdiyi üçün qəmgin olmazdı.

Həzrətin (s) gülməyi – təbəssüm etmək idi. Onun yanında ən üstün insan o kəs idi ki, insanlara daha çox yardım və ehsan edərdi”.

İmam Sadiq buyurur: “Allah Təala Tövratda, İncildə, Zəburda Peyğəmbəri (s) və səhabələrini belə təsvir edərdi: “Muhəmməd (s) – Allahın rəsuludur.

O kəslər ki, onunladır – kafirlər qarşısında ciddi və kəskin, öz aralarında mehriban idilər. Onları davamlı olaraq rüku, səcdə halında görərdin.

O halda ki, davamlı olaraq Allahın fəzlini və rizasını istəyərdilər. Onların nişanəsi üzlərində səcdənin təsirindən görünərdi. Bu, onların Tövrat və İncildəki təsvirləridir. O zaman ki, Allah xatəm Peyğəmbəri (s) məbus etdi, kitab əhli onu tanıdılar.

Ancaq ona qarşı küfr etdilər. Necə ki, Allah Təala buyurmuşdu: “Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Quran) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə!”. (“Bəqərə” 89).

İmam Sadiq buyurur: “Bir nəfər yəhudi Peyğəmbərin (s) xidmətinə gəlir və ona diqqətlə nəzər salır. Peyğəmbər (s) buyurur: “Ey yəhudi! Nə hacətin vardır?”.

Yəhudi dedi: “Sən üstünsən, yoxsa Musa ibni İmran? O, elə bir peyğəmbər idi ki, Allah onunla söhbət edirdi, Tövratı, İncili ona nazil etmişdir.

Əsasının vasitəsilə dənizi yarmışdı və bulud vasitəsilə ona kölgə salmışdı.

Həzrət Peyğəmbər (s) buyurur: “Xoş deyildir ki, bəndə özünü sitayiş etsin. Ancaq (cavabında) deyim ki, Həzrət Adəm (ə) xatasından tövbə etmək istəyən zaman demişdi: “Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına Səndən istəyirəm ki, məni əfv edəsən”.

Allah onun tövbəsini qəbul edir. Həzrət Nuh (ə) dənizdə qərq olmasından qorxan zaman demişdi: “Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına Səndən istəyirəm ki, mənə qərq olmaqdan nicat verəsən”. Allah da ona nicat verdi.

Həzrət İbrahim (ə) atəşin daxilində demişdi: “Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına Səndən istəyirəm ki, mənə atəşdən nicat verəsən”. Allah da atəşi onun üçün soyutmuşdu.

O zaman ki, Həzrət Musa (ə) əsasını yerə atır, özündə qorxu hiss edir və deyir: “Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına Səndən istəyirəm ki, məni amanda qərar verəsən”. Allah Təala ona buyurur: “Qorxma”.

Ey yəhudi! Əgər Musa (ə) bu gün olsaydı, məni dərk etsəydi və mənim nübuvvətimə iman gətirməsəydi, imanı və nübuvvəti halına fayda verməzdi.

Ey yəhudi! Mənim nəslimdən bir şəxs zühur edəcəkdir ki, adı Məhdidir (ə.f). O, qiyam edən zaman İsa ibni Məryəm (ə) ona yardım etmək üçün yerə enər və onun arxasında namaz qılacaqdır”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930