İmam Həsən Müctəba (ə)
Mьəllif: admin1
Tarix: 9-12-2015, 10:36
 İmam Həsən Müctəba (ə)
İmam Həsən (ə) haqqında nəql olunur ki, həzrət öz ömrünün ən abid, ən zahid və ən üstün şəxsi olmuşdur. Həcc ziyarəti zamanı həzrət çox vaxt ayaqyalın Mədinədən Məkkəyə gedərdi. Ölümü yada saldıqda ağlayar, qəbirdən danışıldıqda pərişan olar, Qiyamət və məhşər yada salındıqda üzüntü keçirərdi. Siratdan keçmək barədə düşündükdə həzrət göz yaşı axıdar, Allah qarşısında hesab barədə fikirləşdikdə fəryad çəkər, qorxudan huşunu itirərdi. Namaz zamanı Allah qorxusundan əzaları titrəyər, behişt və cəhənnəmdən danışıldıqda ilan çalmış kimi iztirab keçirər, Allahdan behişt diləyib cəhənnəm əzabından ona pənah aparardı. "Ya əyyühəl-ləzinə amənu” tilavət olunduqda "ləbbəykə allahummə ləbbəyk” söyləyərdi.
Həzrət dəstəmaz aldığı vaxt onun çöhrəsi saralar, bədəni əsərdi. Bu barədə soruşanlara belə cavab verirdi: "Ərşin Rəbbi qarşısında dayanan kəsin rəngi saralsa, əzası titrəsə yaxşıdır.”
Məscidin qapısına çatdığı vaxt imam üzünü səmaya tutub deyərdi: "Pərvərdigara! Sənin qonağın qapı ağzında dayanıb. Ey bağışlayan Allah, hüzuruna günahkar gəlib. Ey Allah, ey mehriban! Öz böyüklüyünə xatir günahlarımından keç.”

ixlas.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930