Ölümü çox yada salmaq lazımdır ki, qəlb diri qalsın, nəfs tüğyan etməsin, insan qəflətə düşməsin, hərislik azalsın
Mьəllif: admin1
Tarix: 14-07-2020, 18:09
Ölümü çox yada salmaq lazımdır ki, qəlb diri qalsın, nəfs tüğyan etməsin, insan qəflətə düşməsin, hərislik azalsın

Ölümü yada salmaq və onun haqqında danışmaq zahirdə acı görünsə də, müsəlman üçün çox lazımlıdır. Hamımız yaxşı bilirik ki, bu, elə bir dəvətdir ki, hər bir evin qapısına gələr. Ona görə də hədislərimiz buyurur ki, hər gün ölümü yada salın, çünki həyat tərzinizə çox təsir göstərər.

Həzrət Peyğəmbər (s) buyurur: “Ölümü çox yada salın. Çünki elə bəndə yoxdur ki, onu çoxlu yada salsın, məgər o halda ki, Allah ürəyini dirildər və ölməyi onun üçün asan edər”.

İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq nəfsin xahişlərini öldürər, qəflətin kökünü kəsər, ürəyə İlahi vədələrlə güc verər, xasiyyəti yumşaldar, həvəsin bayraqlarını alt-üst edər, hərislik atəşini söndürər və dünyanı nəzərində kiçildər”.

“O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər”. (“Nəhl” 32).

“Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) «biz heç bir pis iş görmürdük» (deyərlər). «Xeyr (pis iş görürdünüz)! (Çünki) şübhəsiz Allah etdiklərinizi biləndir»”. (“Nəhl” 28).

İmam Sadiq (ə) buyurur: “(Ölüm) mömin üçün ən xoş ətirli iydir ki, onu iyləyər və onun xoş iyindən onu yuxu aparar və ağrısı tamamilə aradan qalxar. Kafir üçün isə ilan və əqrəb sancmağı kimidir, bəlkə də daha ağrılı”.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin canını alan zaman ölüm mələyi onun qarşısında zəlil qulun ağası qarşısında olduğu kimi olar. O, dostları ilə dayanar və ona yaxınlaşmaz, o zamana qədər ki, salam verər və behişt müjdəsini ona verər”.

İmam Əli (ə) buyurur: “Hər kim itaət əhli olarsa, canını almağı rəhmət mələkləri öhdələrinə götürərlər. Hər kim günah əhli olarsa, ruhunun qəbz olunmasını əzab mələkləri boynuna götürər.

Ölüm mələyinin rəhmət və əzab mələklərindən olan yardımçıları vardır ki, onun əmrini yerinə yetirərlər. Onların işi – onun işi olar. Hər nəyi ki, onlar yerinə yetirər ölüm mələyinə nisbət verilər. Ölüm mələyinin əməli - Allahın əməlidir. Çünki Allah canları hər kimin əli ilə istəsə, alar”.

Həzrət Peyğəmbərin (s) bu nurani kəlamını unutmayaq: “Ölümü çoxlu yada salın və ləzzətləri aradan aparan ölümdən qorxun”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930