Valideyin övlad münasibəti.
İnsanın tərbiyəsində və formalaşmasında yaşadığı mühitin, insanların və müxtəlif amillərin danılmaz təsiri vardır. Amma ən böyük amil onun valideyinləridir. Valideyin övladın necə formalaşmasında əsas səbəbdir.
Bu qısa yazımızda Yəqub Peyğəmbərinin övladlarıyla münasibətini nəzərə alaraq, Valideyin övlad münasibətlərində əsas olan məsələləri siz dəyərli oxuculara təqdim edirik. 1.Səmimi münasibət. Valideyin və övlad münasibətlərində ən əsas məsələ səmimilikdir. Səmimilik olmayan bir ailədə inam və hörmətdə olmaz. Valideyinin övladına qarşı səmimi münasibəti, övladların valideyinlərə daha yaxın olmasına və bütün istək arzularını onlarla paylaşmasına səbəb olar. Nəticədə valideyin övladının istəklərinə və arzularına bələd olaraq, düzgün bir hədəf uğrunda istiqamətləndirməyə nail olar. 2. Övladların ruhiyyələrini tanımaq. Yəqub peyğəmbər Həzrət Yusifin və qardaşlarının ruhiyyələrinə yaxşı bələd idi. Bu səbəbdən onları lazım olan kimi istiqamətləndirirdi. Əgər Valideyin övladlarının ruhiyyəsini yaxşı tanıya bilsə, övladlarını hər zaman hər şəraitdə başa düşüb onları gözlənilməz hadislərdə yol göstərə bilər. 3.Onlara qayğı və sevgi göstərmək. Hər bir insan daima qayğı və sevgiyə ehtiyacı vardır. Xüsüsilə valideyinin övladına qarşı qayğı və sevgisi onu ailə daha çox bağlayır. Həzrət Yəqubun Yusif peyğəmbərə və onun qardaşlarına qarşı göstərdiyi sevgi səbəbiylə, Həzrət Yusifin qardaşları onu quyuya atdıqdan sonra atalarının üzünə çıxa bilmirdilər. Çünki onlar atalarının göstərdiyi qayğı və sevgidən utanırdılar. Övlada qarşı qayğı və sevgi onlarda valideyinlərə qarşı böyük hörmət hissi oyadar və daima onları ailəyə bağlayar. 4.Təlim və tərbiyə. Bəzi ailələr təəssüflər övladlarını həyat müxtəlif sahələri barədə, o cümlədə dost seçimi, yaxşını pisdən seçə bilmək və dini məsələlər barəsində məlumat vermirlər. Nəticədə onlar seçimlərində bir çox hallarda səhvi doğrudan seçə bilməzlər. Ata ana gərək övladlarına müxtəlif vasitələrdən istifadə edərək, onlara yaxşını pisdən seçməyi öyrətsinlər. Necəki Yəqub Peyğəmbər Həzrət Yusifi insanlarla necə davranmağı xüsüsilə qardaşlarıyla öyrədərdi. 5.Dinləməyi bacarmaq. Ən əsas məsələlərdən biri övladları dinləməyi bacarmaqdır. Gərək Valideyin övladının dinləyib, onun sözlərinə əhəmiyyət verə. Çünki belə olmayan halda onlar hisslərini paylaşmaq üçün başqalarını tapmağa çalışacaqlar və nəticədə xoşəgəlməz hadisələr baş verə bilər. 6.Övladlar arasında münasibətlərə nəzarət. İki və bir çox uşaqlı ailələrdə daima uşaqlar arasında anlaşımamazlığın şahidi oluruq. Valideyin övladlarına bir birinə qarşı sevgi və məhəbbət öyrətməlidir. Çünki bu onların gələcək həyatlarına çox böyük təsir göstərəcəkdir. Necəki Həzrət Yəqub Yusif peyğəmbərə qardaşlarına qarşı öyrətidyi kimi. Onlar onu quyuya atmalarına baxmayaraq, o heçvaxt qardaşlarına üz çevirmədi. Sonda dəyərli valideyinlərə Allahın onlara verdiyi əmanətə düzgün nəzarət etməyi tövsiyə edirik. Çünki onların qarşısında məsuliyyət daşıyırsız. Bəşər Məmmədov İslammektebi.org Oxşar xəbərlər
|