Qiyamətdən sonra dünyanın taleyi necə olacaqdır?
Allah Təala insandan sonra başqa bir məxluq yaradacaqdırmı? Bizim dünyamız kimi bir dünya yenidən xəlq olacaqdırmı? Bu dünyamızın axırı nə olacaqdır? Bütün insanlar ölən zaman yer və göy də məhv olacaqdırmı? O zaman ki, behişt və cəhənnəm əhlinin taleyi məlum olacaqdır, hansı hadisələr baş verəcəkdir? Allah Təalanın xilqət üçün planı vardırmı? Hələ qədim zamandan bu suallar bəşər zehnini məşğul etmişdir. Əbu Xalid Qəmat nəql edir ki, İmam Sadiqə (ə) dedim: “O zaman ki, behişt əhli behiştə və cəhənnəm əhli cəhənnəmə daxil olacaqdır, nə baş verəcəkdir?”. Həzrət (ə) buyurdu: “Əgər Allah istəsə, elə məxluqlar xəlq edər və onlar üçün dünya icad edər. Bu işi yerinə yetirər”. Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “Allah Təala o gündən ki, yer üzündə yaradılışın bünövrəsini qoydu, 7 aləm xəlq etdi ki, onlar Adəm övladlarından hesab olunmurdular. Onları torpaqdan yaratdı və bir-birinin ardınca yerdə sakin oldular. Nəhayət nəsilləri tükəndi. Ona görə də Adəmi (ə) yaratdı və övladlarını onun nəsildən xəlq etdi. Allaha and olsun ki, heç bir zaman behişt möminlərin ruhundan boş olmamışdır, atəş də kafirlərin və günahkarların ruhundan. Yəqin ki, belə hesab edirsən ki, Qiyamət bərpa olan zaman behişt əhlinin bədənləri ruhları ilə birləşəcək, cəhənnəm əhlinin bədənləri də cəhənnəm əhlinin ruhları ilə bir olacaqdır, artıq O, (Allah) şəhərlərdə pərəstiş olamayacaqdır? Elə bir məxluq yaratmayacaqdır ki, Ona pərəstiş etsin? Bu cür deyildir. Allaha and olsun ki, yaradılışı olacaqdır ki, erkək və dişi olmadan meydana gələcəkdir və Ona bəndəlik edəcəkdir, Onu böyük hesab edəcəkdir. O, elə bir yer xəlq edəcəkdir ki, çörəyi həml edər, səmanı xəlq edər ki, kölgəsində olsunlar. Görmürsən ki, Allah buyurur: “Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!””. (“İbrahim” 48). Yəni, həmin günü bu yer üzü başqa bir yer üzünə və səma başqa səmaya çevriləcəkdir. Allah Təala bu ayədə buyurur ki, yeri və göyü yaratmağa qadir olan Allah, yenə həmin qüdrətə malikdir. Onun qüdrəti azalmaz. Allah bu dünyanı və səmanı başqa bir dünyaya çevirməkdən aciz deyildir. Əllamə Təbatəbai bu ayə haqqında buyurur: “Çevrilməyin mənası odur ki, yerin və göyün və onların arasında olanların həqiqəti həmin yer və göydür. Onlara hakim olan qanundan başqa”. Beləliklə deyə bilərik ki, Qiyamət bərpa olandan sonra yaradılış aradan getməyəcəkdir, bəlkə Allah onların həcmini genişləndirəcəkdir. Həzrət Adəmlə (ə) Həvvanın nəslindən olan bu insan yer üzündə yaşayan ilk insan olmamışdır. Ondan əvvəl olmuş və sonra yenə də olacaqdır. Əvvəlki nəsillərin kökü kəsiləndən sonra Allah ata və anası olmayan yeni məxluqlar xəlq etmişdir. Bu məsələ İlahi feyzin davamlı olduğunun nişanəsidir. Oxşar xəbərlər
|